FACT-INFO.AZ » XƏBƏR » Dmitri Savelyev: Dinc şəhərlərin və onların sakinlərinin hücum obyektlərinə çevrilməsi yolverilməzdir
12-10-2020, 10:00 | XƏBƏR
Dmitri Savelyev: Dinc şəhərlərin və onların sakinlərinin hücum obyektlərinə çevrilməsi yolverilməzdir

Aşkardır ki, Dağlıq Qarabağ münaqişəsinin “qaynar mərhələ”yə keçməsi danışıqlar prosesini pozmuş Ermənistanın rəsmi hakimiyyət orqanlarının əməllərinin nəticəsidir.

RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində bu barədə danışıb.

Deputat qeyd edib ki, bütün dünya birliyi bu münaqişənin hərbi mərhələdən diplomatik müstəviyə keçməsini, qan tökülməsinə son qoyulmasını səbirsizliklə gözləyirdi. Siyasətçi deyib: “Nəhayət, Moskvada atəşkəs barədə razılığa gəlmək mümkün oldu. Bütün dünya birliyi bu diplomatik irəliləyişi ürəkdən alqışlayırdı, belə bir ümid yaranmışdı ki, Azərbaycanın haqlı tələbləri nəhayət, təmin ediləcək, işğal altında olan torpaqlar azad ediləcək, qaçqınlar öz evlərinə qayıdacaq və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üzrə dinc referendum prosesi başlanacaq”.

D.Savelyev bu ümidlərin doğrulmamasına görə təəssüfləndiyini bildirib. Rusiyalı deputat vurğulayıb: “Səmimi, istiqanlı insanların yaşadığı gözəl Gəncə şəhərinin atəşə tutulması, bu zaman 9 nəfərin həlak olması, daha 34 nəfərin yaralanması rəsmi Ermənistanın günahı kimi qalacaq. Şəhərin atəşə tutulmasından sonra sosial şəbəkələrdə yerləşdirilmiş kadrlarda dağıdılmış evləri görəndə insanın ürəyi sıxılır. Dinc şəhərlərin və onların sakinlərinin hücum obyektlərinə çevrilməsi yolverilməzdir. Bu cür hərəkətlər dünya birliyi tərəfindən qətiyyətlə pislənməlidir. Başı çox bəlalar görmüş Azərbaycan torpağı sülhün bərqərar olmasını gözləyir, bu sülhə nail olmaq üçün bütün diplomatik səylər tətbiq edilməlidir”.




Baxış sayı: 762
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30