Torpaqların azad edilməsi istiqamətində Azərbaycanın son dərəcə qətiyyətli olduğunu görürük. Türkiyə olaraq bütün qəlbimizlə torpaqlarını geri almaq üçün apardığı bu haqlı mübarizəsində Azərbaycanı dəstəkləyirik.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Afrika İqtisadi və İş Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
Ermənistanın Azərbaycana qarşı hücumları səbəbindən Dağlıq Qarabağ bölgəsində toqquşmaların davam etdiyini deyən Türkiyə Prezidenti bildirib: “Dağlıq Qarabağ Ermənistanın 30 ilə yaxındır işğal etdiyi Azərbaycan ərazisidir. Birləşmiş Millətlər Təşkilatı və ATƏT-in məlum qərarlarına və çağırışlarına baxmayaraq, Ermənistan bu torpaqlardan geri çəkilmir. İndiyədək Minsk qrupu problemi həll etmək üçün heç bir səy göstərməyib. Ermənistanın məsələyə qeyri-adekvat münasibəti səbəbindən 30 ildir davam edən bu məsələnin yeganə həlli işğalın dayandırılmasıdır. İşğalın qanuniləşdirilməsi təkliflərinin ərazidə tətbiq olunma şansı yoxdur. Torpaqların azad edilməsi istiqamətində Azərbaycanın son dərəcə qətiyyətli olduğunu görürük. Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın torpaqlarını geri almaq üçün apardığı bu haqlı mübarizəsini dəstəkləyirik. Ədaləti və qanunu müdafiə edən bütün ölkələri Azərbaycanı dəstəkləməyə çağırırıq”.
Baxış sayı: 738
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

