FACT-INFO.AZ » XƏBƏR » İsrailli ekspert: “Ermənistanın Azərbaycanın dinc sakinlərini atəşə tutması qınanmalıdır”
5-10-2020, 09:20 | XƏBƏR
İsrailli ekspert: “Ermənistanın Azərbaycanın dinc sakinlərini atəşə tutması qınanmalıdır”

Bunu “Report”a israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis olan Mixail Finkel Ermənistanın Azərbaycanın Gəncə şəhərini atəşə tutmasını şərh edərkən deyib.

“Məsələn, Suriyanın müharibə şəraitində olan ərazisindən dəfələrlə İsrail ərazisinə raket və mərmi zərbələri endirilib. İsrail həmişə bu raketləri vurub və həmişə atəşin açıldığı yerlərə cavab zərbələri endirib. Çünki bütün beynəlxalq konvensiyalar baxımından belə cavab tam qanunidir”, - o bildirib.

Ekspert əlavə edib ki, ermənilər müharibə ilə heç bir əlaqəsi olmayan və müharibə zonasından xeyli uzaq olan şəhəri atəşə tutublar: “Bu, II Dünya Müharibəsindən sonra hazırlanan konvensiyalarla ziddiyyət təşkil edir. Ermənistan isə belə zərbələrin endirilməsinə yol verilmədiyi bu konvensiyaları imzalayıb. Keçmişdə baş vermiş hadisələrə, o cümlədən yayda Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasına baxsaq, indiki halda səhv ehtimalının az olduğu, bunun qəsdən edildiyi qənaətinə gələcəyik. Heç bir şəkildə hərbçi olmayan dinc sakinlərə endirilən zərbələr hər cür qınağa layiqdir və XXI əsrdə sivil hərbi əməliyyatların aparılmasının heç bir çərçivəsinə sığmır”.

M.Finkel həmçinin qeyd edib ki, Gəncənin Qarabağ ərazisindən deyil, birbaşa Ermənistan ərazisindən atəşə tutulmasını görməzdən gəlmək qeyri-mümkündür.

“Bu, münaqişənin daha çətin mərhələyə keçdiyini göstərən acınacaqlı faktdır. Bu, qarşı tərəfin ağıl və məntiqlə idarə olunmadığını göstərir. Qarşı tərəfin atdığı addımları düşünmədiyini göstərir, çünki bu bumeranq təhlükəlidir. Bunu qınayıram və bilirəm ki, Azərbaycan Respublikası və Ordusu heç vaxt belə şeylərə əl atmır və mülki əhalisini, o cümlədən Qarabağın mülki əhalisini qoruyur. Azərbaycan xalqına ən yaxşısını diləyirəm və İsrailin sizi və Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini söyləmək istəyirəm”, - deyə ekspert fikirlərini tamamlayıb.




Baxış sayı: 739
Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031