Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirlər Ukraynanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə yayılmaqdadır.
AZƏRTAC xəbər verir ki, Ukraynanın nüfuzlu UNİAN, “RBK-Ukrayna”, “İnterfaks-Ukrayna”, “112.ua” və digər informasiya saytları Prezident İlham Əliyevin Ermənistanın işğalçılıq siyasəti və Azərbaycanın mövqeyi barədə fikirləri dərc edilib.
Məqalələrdə dövlətimizin başçısının sitatlarına istinadla qeyd edilir: “Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır”.
Bildirilir ki, Ermənistan münaqişəni regional müstəviyə çıxartmaq istəyir. Ermənistan guya Azərbaycana xarici ölkələrdən dəstək olduğu barədə feyk məlumatlar yayır.
Baxış sayı: 894
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

