Bu gün bütün cəbhə boyu şiddətli döyüşlər davam edib. Cəbhənin müxtəlif istiqamətlərində yaşayış məntəqələrimiz düşmənin intensiv artilleriya və raket atəşinə məruz qalıb. Azərbaycan Ordusunun bölmələrinin qətiyyətli cavab tədbirləri nəticəsində yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətlərdə atəş mövqeləri susdurulub, düşmənə sarsıdıcı zərbə endirilib.
Müdafiə Nazirliyi xəbər verir ki, gün ərzində gedən şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı, Cəbrayil rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olunub.
Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.
Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb
Baxış sayı: 932
Azerbaijan’s mine problem raised in Prague
Azerbaijan's Foreign Ministry calls on Russia to thoroughly investigate provocative incident in front of its Embassy
French media highlights President Ilham Aliyev’s visit to Uzbekistan
Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation”
President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan

