Mədəniyyət Nazirliyi “Qarabağ – mədəniyyətimizin beşiyi” layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı haqqında məlumat təqdim edib.
Məlumatda Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının tarixindən və işğaldan sonrakı fəaliyyətindən geniş söz açılır.
Bildirilir ki, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı 1987-ci il mayın 19-da Şuşa şəhərində, XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanəsində fəaliyyətə başlayıb.
Qarabağ torpağı Ermənistan tərəfindən işğala məruz qaldığı üçün filialdakı daşınması mümkün olan eksponatlar təxliyə olunaraq Bakıya gətirilib.
Həmin vaxtdan etibarən xilas olunmuş eksponatlar Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyasında nümayiş etdirilir və muzeyin fondunda qorunub saxlanılır.
Baxış sayı: 847
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

