FACT-INFO.AZ » SİYASƏT » Bundestaqın deputatları Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat yaydı
3-10-2020, 09:10 | SİYASƏT
Bundestaqın deputatları Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat yaydı

APA-nın məlumata görə, Bəyanatda deyilir:

“Dağlıq Qarabağ uğrunda hərbi əməliyyatlarda 25.000 insan həlak olub və bir milyon insan qaçqın düşüb. Bu müharibənin gedişində Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisinin təxminən 5%-ni təşkil edən Dağlıq Qarabağla yanaşı Azərbaycanın 7 ətraf rayonunu da işğal edib. Azərbaycanın dövlət ərazisinin hissələrinin hərbi işğalı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsində (822, 853, 874 və 884 saylı) pislənilib. Hazırda Azərbaycanın dövlət ərazisinin təqribən 20%-i Ermənistanın işğalı altındadır.

Beynəlxalq ictimaiyyət hələ də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir. Almaniya və Avropa İttifaqının (Aİ) mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli yalnız sülh yolu ilə ola bilər. Almaniya və Aİ qondarma “Dağlıq Qarabağ Respublikası”nı və bu rejimin keçirdiyi “seçkiləri” tanımır.

1992-ci ildən bəri ATƏT-in Minsk Qrupu bu dondurulmuş münaqişənin həllinə çalışır. Təxminən 30 il davam edən vasitəçilik cəhdlərinə baxmayaraq status-kvonun aradan qaldırılmasına yönələn səylər nəticəsiz qalıb. 1994-cü ilin mayından mövcud olan atəşkəs xəttində daim günahsız insanların ölümü ilə nəticələnən toqquşmalar baş verir.

BMT Xartiyasının 2-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə üzv dövlətlər beynəlxalq mübahisələri yalnız dinc yollarla həll etməlidirlər ki, dünyada sülh, beynəlxalq təhlükəsizlik və ədalət təhlükə altına düşməsin. BMT-nin bütün üzv dövlətləri öz beynəlxalq münasibətlərində dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı yönələn yaxud BMT-nin məqsədlərinə uyğun gəlməyən güc tətbiqi və güclə hədələməkdən əl çəkməlidirlər.

Almaniya həm Ermənistan, həm də Azərbaycan üçün etibarlı tərəfdaş olmaq istəyir. Beynəlxalq hüquqa söykənən ümumi standartlar əsasında anlaşma Cənubi Qafqaz ölkələri ilə münasibətlər üçün şərtdir. Buraya yuxarıda qeyd edilən BMT qətnamələrinə uyğun olaraq fundamental prinsiplər kimi xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxulmazlığı aiddir. Hər iki tərəf Cənubi Qafqazda sülh, demokratiya və sabitliyin gücləndirilməsi məqsədilə işğal edilmiş ərazilərdə yaranmış beynəlxalq hüquqa zidd vəziyyətin aradan qaldırılması və razılaşdırılmış həllin tapılması üçün töhfə verməyə çağırılır” (https://www.nikolas-loebel.de/voelkerrechtswidrigen-zustand-in-berg-karabach-beenden-friedliche-loesung-des-konflikts-suchen/).

Deputat Nikolas Löbel bəyanatı öz tvitter səhifəsində aşağıdakı şərhlə yerləşdirib:

“Biz Dağlıq Qarabağdakı beynəlxalq hüquqa zidd vəziyyətə son qoymalıyıq və münaqişənin sülh yolu ilə həllinə ehtiyac duyuruq. Ermənistan və Azərbaycan Cənubi Qafqazda demokratiya və sabitliyin yaradılması üçün danışıqlar masasına oturmalıdırlar“ (https://twitter.com/NikolasLoebel/status/1312006757795889152).

Bundan başqa, CDU/CSU fraksiyasının digər deputatı Olaf Quttinq öz tvitter səhifəsində bu bəyanatı bölüşərək ona qoşulduğunu bəyan edib:

“Həmkarlarımla tamamilə razıyam. Dağlıq Qarabağda beynəlxalq hüquqa zidd vəziyyətə son qoyulmalı və münaqişə sülh yolu ilə həll olunmalıdır” (https://twitter.com/olavgutting/status/1312010117953581056




Baxış sayı: 810
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30