Ombudsman Aparatından bildirilib ki, Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri davamlı olaraq ağır artilleriya atəşinə tutması nəticəsində mülki əhali arasında çoxsaylı ölən və yaralananlar var
Ümumilikdə, bu günə qədər mülki əhalidən ikisi uşaq, ikisi ahıl olmaqla, 19 nəfər həlak olub, bir ailə tam qətlə yetirilib, 55 nəfər isə ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.
Bu gün səhər saatlarında isə Ermənistan silahlı qüvvələri məcburi köçkünlərin məskunlaşdığı Tərtər şəhəri Şıxarx qəsəbəsində yerləşən uşaq bağçasına ağır artilleriyadan zərbələr endiriblər.
Təcavüzkar Ermənistan tərəfindən Azərbayanın mülki əhalisinə qarşı qeyri-insani hərəkətlər hazırda da davam etdirildiyindən bu rəqəmlər hər an arta bilər.
Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyalarını, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanı, BMT-nin Uşaq Hüquqları Konvensiyasını və insan hüquqları sahəsində digər sənədlərin müddəalarını kobud şəkildə pozması ilə bağlı çoxsaylı faktlar tərəfimizdən davamlı olaraq beynəlxalq təşkilatların diqqətinə çatdırılır, Ermənistanın qeyri-insani hərəkətlərinə son qoyulması istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçünün götürülməsi tələb edilir.
Baxış sayı: 1 078
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

