APA xəbər verir ki, bu fikirlər Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyevin şərhində bildirilib.
Qeyd olunub ki, əli günahsız azərbaycanlı mülki əhalinin, o cümlədən körpələrin qanına batmış və törətdikləri cinayətlərə görə Azərbaycan qanunları qarşısında cavab verəcək bu kriminal ünsürlər öz “ağıl”ları və “məntiq”ləri ilə öz aləmlərində guya Azərbaycanı “təhdid” edirlər.
“Ağlı, dərrakəsi olmayan məhz Ermənistandır, onun əlaltısı olan qondarma xunta rejimidir ki, başqa ölkənin ərazisini işğal edib, yüz minlərlə azərbaycanlını doğma yurdlarından qovub və beynəlxalq hüququ ayaq altına ataraq, BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların torpaqlarımızdan çəkilməsini tələb edən qətnamələrini icra etmir.
Sentyabrın 30-da yaralı əsgərlərlə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın erməni xalqı ilə işi yoxdur.
Bizim məqsədimiz işğalçı Ermənistan ordusunu öz torpaqlarımızdan qovmaqdır. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edəcək və bundan sonra doğma yurdlarına qayıdacaq Dağlıq Qarabağın azərbaycanlı icması olaraq bizlər Azərbaycanın erməni mənşəli vətəndaşları ilə sülh şəraitində birgə yaşayacağıq”, - T.Gəncəliyev belə deyib.
Baxış sayı: 873
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

