Azərbaycan Ordusunun işğal olunmuş ərazilərimizdə düşmənə qarşı uğurlu əməliyyatı, işğalçı Ermənistan silahlı qüvvələri üzərində əzici üstünlüyü düşməni çıxılmaz vəziyyətdə qoyub. Məğlubiyyətə uğradığını görən Ermənistanın siyasi-hərbi rəhbərliyi xislətinə uyğun olaraq yalanlara əl atmağa başlayıb.
Trend-in məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etmək uğrunda üstün hərbi əməliyyatları, Ermənistanın ölkəmizə, ordumuza qarşı iftiraları müzakirəyə çıxarılıb. Verilişin videobağlantı formatında qonağı olan Türkiyənin tanınmış siyasətçisi, millət vəkili, sabiq nazir Numan Kurtulmuş Dağlıq Qarabağ cəbhəsində baş verənlər, Ermənistanın Azərbaycan və Türkiyə ilə bağlı yalanları haqqında fikirlərini bölüşüb. Proqramın studiyadakı qonaqları, “Yeni Müsavat” Media qrupunun rəhbəri Rauf Arifoğlu, “Teleqraf” Media qrupunun rəhbəri Aynur Camal və Azərbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəhbəri İlham İsmayılov N.Kurtulmuşa suallarını ünvanlayıblar, eyni zamanda öz fikirlərini səsləndiriblər.
Baxış sayı: 843
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

