FACT-INFO.AZ » AKTUAL » Emin Həsənli: Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür
28-09-2020, 06:55 | AKTUAL
Emin Həsənli: Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür

Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribatlar törədərək Ağdam, Füzuli, Cəbrayıl, Tərtər istiqamətlərində ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və Ordumuzun mövqelərini atəşə tutub, nəticədə mülki əhaliyə böyük ziyan dəyib. Azərbaycan Ordusu bütün cəbhəboyu əks-hücuma keçərək Ermənistan ordusuna layiqli cavab verib.

Fact-info.az-ın məlumatına görə, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

E.Həsənli bildirib ki, xalqımız bu günü çoxdan gözləyirdi. Azərbaycanın güclü ordusu və qətiyyətli, uzaqgörən, müdrik Ali Baş Komandanı var. Prezident İlham Əliyev xalqa müraciətində vəziyyəti ətraflı təhlil etdi. Dövlətimizin başçısı Ermənistanın xüsusən son illər törətdiyi təxribatları diqqətə çatdıraraq bildirdi ki, işğalçı ölkə danışıqlardan yayınır. Azərbaycan xalqı iki əsrdir erməni təcavüzündən, milliyyətçiliyindən, terrorundan və işğalından əziyyət çəkir. Artıq Azərbaycan Ordusu, xalqı, dövləti bu son qoymağın vaxtını çatdığını düşmənə göstərdi. Qələbə Azərbaycanındır. Bütün Azərbaycan xalqı vahid bayraq altında birləşib, vətəndaşlarımız Ordumuzun yanındadır. Biz böyük tarixi anlar yaşayırıq”.

“Yaxın günlərdə bizə böyük qələbəni görmək qismət olacaq. Xalqımız həmrəydir, gənclərimiz, ehtiyatda olan döyüşçülərin hamısı bir bayraq altında, vahid amal uğrunda sıx birləşib. Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür. Bir fikrimiz, bir amalımız var: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bunu bizdən şəhidlərimizin ruhu tələb edir. Biz Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyik. Yalnız bundan sonra şəhidlərimizin ruhu şad olacaq”, - deyə Emin Həsənli bildirib.




Baxış sayı: 845
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30