Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şakir Qabıssanlının “Azərbaycan xalçalarının açılmamış sirləri” adlı kitabı nəşr olunub. Kitabın redaktorları Mustafa Çəmənli və Sevinc Nuruqızıdır.
Kitabda dünyaya məlum olmayan, lakin dünyamızda olan sirli aləmlərə yeni qapılar açılır. Xalçalar və xalça işarələri dünyanın 17 ölkəsində olan qayaüstü rəsm və işarələrin sivil davamı kimi antik dünyamıza sanki mənəvi yollar açır.
Kitabda Nuh tufanının danılmaz arqumentləri, “Zənd-Əvəsta” (“Avesta”) ilə vəhdətdə İbrahim peyğəmbərin ilkin dini əlamətləri fəlsəfi ideoloji tənlikdə oxuculara çatdırılır. Sonda rəqəmlərin, xətlərin müqəddəsliyindən doğulan məna-mahiyyətləri işıqlandırmaqla dünyanın yaranma əlamətləri xüsusi sistemlə oxuculara çatdırılır. Kitabda xalçaçılıq sənətinin ilmələrində gizlənən şifrlər müəllif tərəfindən açılır. “Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş kitab nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.
Baxış sayı: 1 869
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

