1988-ci il sentyabrın 18-də Xankəndi şəhərində azərbaycanlılara qarşı ermənilərin kütləvi terror hərəkətlərinə həsr olunan mətbuat konfransında bu məsələ ilə bağlı fikirlərini bölüşən T.Gəncəliyev deyib: “Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün son zamanlar bu cür aldadıcı və fikiryayındırıcı addımlar atır. Ermənistan parlamenti bu qanun layihəsi ilə qondarma soyqırımı məsələlərini tez-tez gündəmə gətirir. Amma Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədən tərəf kimi onların bu qanun layihəsini gündəmə gətirməsi gülüncdür. Qeyd olunan qanun layihəsi tamamilə dünya ictimaiyyətini aldatmağa, çaşdırmağa yönəlib”.
Deputat bildirib ki, Ermənistanın sabiq prezidentləri - Robert Köçəryan və Serj Sarkisyan bilavasitə Xocalıda soyqırımı törətmiş və əlləri qana batmış şəxslərdir. “Düşünürəm ki, Ermənistan parlamenti qanun layihəsi qəbul etmək əvəzinə, Sarkisyan və Köçəryanın soyqırımı cinayətlərində iştirakını mühakimə etsin. Onlar bu zaman daha səmimi görünə bilərlər. Yoxsa soyqırımdan danışan erməni tərəfinin fikirləri qeyri-səmimidir”, - deyə o əlavə edib.
Baxış sayı: 914
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

