FACT-INFO.AZ » SİYASƏT » ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb
18-09-2020, 09:05 | SİYASƏT
ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb

ABŞ-ın məşhur radio aparıcısı Con Batçelor və ABŞ Prezidenti Riçard Niksonun nəvəsi, siyasi şərhçi Kristofer Nikson Koks cari ilin 16 sentyabr tarixində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə götürüb və sözügedən müsahibə ABŞ-ın Nyu York şəhərindən yayımlanan, çoxmilyonluq dinləyici auditoriyasına malik nüfuzlu “Con Batçelor Şou” radio proqramında yayımlanıb.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, müsahibə zamanı səfir Elin Süleymanov cari ilin 15 sentyabr tarixində Ağ Evdə təşkil olunan “Abraham” razılığının imzalanma mərasimində iştirak etdiyini və Azərbaycanın dünyada mədəniyyətlər və dinlərarası sülh və dialoqun təşviqinin həmişə tərəfdarı olduğunu vurğulayıb. Prezident İlham Əliyevin Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə cari ilin 16 sentyabr tarixində Azərbaycanın yəhudi icmasını təbrik etdiyini bildirən Elin Süleymanov, Azərbaycan yəhudi icmasının əsrlər boyu Azərbaycanda sülh və əminamanlıq şəraitində yaşadığını xatırladıb.

Elin Süleymanov Azərbaycanın müsəlman ölkəsi olaraq islam dünyası üçün önəm daşıyan məsələləri təşviq etməklə yanaşı, İsrail ilə də normal diplomatik əlaqələr qurmağı bacardığını bildirib, bu mənada Azərbaycanın dünyanın bir çox ölkələri üçün nümunə ola biləcəyini qeyd edib və ölkəmizin İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmalara diqqət çəkən Elin Süleymanov, Ermənistanın sonuncu belə hərbi təxribatı nəticəsində bir azərbaycanlı əsgərin yaralandığını bildirib və Ermənistanın regionda sülhün və hətta öz xalqının rifahı əleyhinə olan addımlar atmaqda davam etdiyini vurğulayıb. Rusiyanın Ermənistana silah göndərməsinin Azərbaycan üçün ciddi narahatlıq yaratdığını qeyd edən E.Süleymanov, hazırda bu məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan və Rusiya arasında müzakirələrin aparıldığını diqqətə çatdırıb. Səfir ABŞ, Fransa və Rusiyanın həmsədri olduğu ATƏT-in Minsk Qrupunun fəaliyyətinin nisbətən passiv olduğunu bildirib və həmsədr ölkələrin Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün kifayət qədər fəallıq nümayiş etdirmədiklərini təəssüf hissi ilə qeyd edib.

Elin Süleymanov Ermənistanın Suriya və Livandan olan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirdiyini və bununla da həmin ərazilərdə demoqrafik vəziyyəti dəyişməyə çalışdığını vurğulayıb. Kristofer Nikson Koks son zamanlar Prezident Trampın bir neçə sülh razılaşmasına nail olduğunu vurğulayaraq, ABŞ tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün nə edə biləcəyini sual edib. Buna cavab olaraq Elin Süleymanov ABŞ rəhbərliyinin öz Fransa və Rusiya həmkarları ilə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsipi əsasında Azərbaycan və erməni xalqlarının gələcəyi naminə sülh razılaşmasına nail olmaqla ABŞ-ın özünün də maraqlarını təmin edə biləcəyini qeyd edib.

Səfir Elin Süleymanovun “Con Batçelor Şou” radio proqramında yayımlanan hazırkı müsahibəsi ilə aşağıdakı elektron keçid vasitəsilə tanış olmaq olar: https://audioboom.com/posts/7684762-the-abraham-accord-illustrates-that-azerbaijan-s-friendship-with-israel-has-established-a-trend-f




Baxış sayı: 724
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30