FACT-INFO.AZ » XƏBƏR » “Minsk qrupunun susqunluğu təəccüblü görünməyə bilməz”
15-09-2020, 14:35 | XƏBƏR
“Minsk qrupunun susqunluğu təəccüblü görünməyə bilməz”

Erməni təxribatlarının davamlı şəkildə genişləndirilməsi əvvəlki dövrlərdə qorunub saxlanan nisbi sabitliyi getdikcə daha artıq dərəcədə əvəz etməyə başlayıb. İki ay bundan əvvəl Azərbaycanın Tovuz rayonu istiqamətində erməni hərbi təxribatları nəticəsində baş verən döyüşlər, onun ardınca Ermənistanın silahlandırılması ilə əlaqədar üzə çıxan faktlar, Goranboy istiqamətində erməni diversiantının saxlanılması münaqişə zonasında və münaqişə ilə əlaqədar erməni təxribatlarının kiçik siyahısıdır. Ermənistanın baş nazirinin tez-tez işğal zonalarına səfər etməsi, nizamasalma prosesinə daban-dabana zidd olan bəyanatlar səsləndirilməsi növbəti erməni təxribatlarının ayrılmaz tərkib hissəsinə çevrilib. Paşinyan hakimiyyətinin ilk aylarında xanım Paşinyanın “sülh çağırışlarının” son vaxtlar Kalaşnikov avtomatı ilə birlikdə çəkdirdiyi fotolarla əvəz olunması erməni təxribatının nə qədər eybəcər xarakter aldığından xəbər verir.”

Bu barədə Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədovun “Erməni təxribatları və Minsk Qrupunun susqunluğu” sərlövhəli məqaləsində qeyd edilib.

Ə.Əhmədov bildirib ki, erməni təxribatları təkcə Ermənistanın militarist səciyyə daşıyan ritorikasının və davranış tərzinin genişlənməsində müşahidə olunmur: “Son vaxtlar Livandan erməni əsilli əhalinin Azərbaycanın işğal altındakı ərazilərinə köçürülməsi faktları münaqişənin nizamasalınması prosesinə sarsıdıcı zərbə vuran misli görünməyən təxribatdan savayı bir şey deyildir. Bütün dünyanın gözü qarşısında beynəlxalq hüququn kobud surətdə tapdalanması-yəni, işğal olunmuş ərazilərin məskunlaşdırılması prosesi baş verməkdədir. Ermənilər vaxtilə Cənubi Qafqazın demoqrafik vəziyyətini dəyişdirmiş köçürmə siyasətini XXI əsrdə təkrar etmək kimi təhlükəli perspektivlər vəd edən avantüra ilə məşğul olmaq niyyətinə düşüblər. Yaxın Şərqin son 50-60 illik tarixi bu oyunun acı nəticələrini təsəvvür etmək baxımından ibrətamiz nümunədir. Erməni siyasətçilərinin Cənubi Qafqazı fasiləsiz münaqişələr və müharibələr ocağına çevirmək cəhdləri diqqətdən yayınmamalı, bütün beynəlxalq təşkilatların və dünya birliyinin qəzəbinə tuş gəlməlidir.

Gündən-günə genişlənən və azğınlaşan erməni təxribatları fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini nizama salmaq misiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun susqunluğu, bitərəf müşahidəçiyə çevrilməsi, yumşaq şəkildə desək, təəccüblü görünməyə bilməz. Onsuz da Minsk Qrupu münaqişənin bu qədər uzanmasının, düzgün və ədalətli nizamasalma formulunu tapa bilməməsinin məsulliyyətindən yaxasını kənara çəkə bilməz. İndi isə onun gözləri qarşısında erməni tərəfi yeni, daha acı nəticələrə gətirib çıxara biləcək növbəti cinayəti törətməkdə davam etməkdədir.

Azərbaycan münaqişənin dinc yollarla, lakin ədalətli şəkildə, işğal olunmuş bütün torpaqların azad olunması şərti ilə nizama salınmasının tərəfdarıdır. Bəzi istisnalar olmaqla, 1994-cü ildən bu günə qədər davam edən atəşkəs rejimi bunun birbaşa təzahürüdür. Lakin münaqişənin indiyədək nizama salınmaması, getdikcə artmaqda və azğınlaşmaqda olan erməni təxribatları, habelə vasitəçilərin sükunəti Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməkdə seçim imkanlarını məhdudlaşdırır. Azərbaycan işğal olunmuş torpaqlarını qaytarmalıdır və qaytaracaq. Əgər vasitəçilər və diplomatlar bu işdə öz təsirli sözünü deyə bilməsələr, qəhrəman Azərbaycan Ordusu öz şərəfli vəzifəsini yerinə yetirməli olacaq. 2016-cı ilin aprel və 2020-ci ilin iyul döyüşləri Ordumuzun nəyə qadir olduğunu nümayiş etdirib. Hərbçilərimizin həmləsi ilə ədalətin zəfər çalacağı heç kimdə zərrə qədər şübhə dogurmur.”




Baxış sayı: 717
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30