FACT-INFO.AZ » XƏBƏR » Daha bir əcnəbi media Ermənistanın Azərbaycana qarşı təcavüzündən yazıb
8-09-2020, 10:15 | XƏBƏR
Daha bir əcnəbi media Ermənistanın Azərbaycana qarşı təcavüzündən yazıb

Meksikanın nüfuzlu “El Economista” qəzetində “Azərbaycan öz torpaqlarının geri qaytarılmasını istəyir” sərlövhəli məqalə dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə məqalədə Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində iki ölkə arasında 30 ildir davam edən Dağlıq Qarabağ münaqişəsinin yeni mərhələyə qədəm qoyması və bu il iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törədilməsi barədə oxuculara məlumat verilir.

Yazıda Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbovla müsahibəyə istinad edilərək, Azərbaycanın regionda daim sülhün tərəfdarı olduğu, lakin Ermənistanın təxribatlarının cavabsız qalmayacağı və öz ərazisində başqa dövlətin silahlı qüvvələrinin olmasına dözməyəcəyi qeyd edilir.

Ermənistan silahlı qüvvələrinin iyulun 12-dən etibarən növbəti dəfə atəşkəs rejimini pozaraq ordumuzun dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərinə qəfil hücumlar təşkil etməsinə diqqət çəkən Məmməd Talıbov, nəticədə Azərbaycan ordusunun 11 hərbi qulluqçusunun və bir dinc sakinin həlak olduğunu, bir neçə hərbi qulluqçunun isə yaralandığını bildirib. O, həmçinin Ermənistan tərəfinin belə təxribatlar törətməkdə məqsədinin, həmin bölgədən keçən, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı enerji və nəqliyyat layihələrinin təhdid altına alınması, eyni zamanda, dünya ictimaiyyətinin diqqətini Azərbaycan torpaqlarının işğalı və orada yaşayan dinc əhaliyə qarşı etnik təmizləmənin həyata keçirilməsi faktından, habelə COVID-19 pandemiyası ilə əlaqədar Ermənistanda yaranmış ağır sosial-iqtisadi və siyasi vəziyyətdən yayındırmaq olduğunu qeyd edib.

Diplomat Ermənistanın işğalçı siyasətinin nəinki münaqişənin sülh və danışıqlar yolu ilə həlli məsələsinə və Azərbaycana, həmçinin erməni xalqına da mənfi təsir göstərdiyini bildirib. O, Azərbaycan üçün sülh prosesinin işğal olunmuş 20 faiz ərazisinin geri qaytarılması və bir milyonadək məcburi köçkünün öz torpaqlarına qaytarılması ilə başlaya biləcəyini, həmçinin Azərbaycanın ATƏT-in Minsk qrupu çərçivəsində bu istiqamətdə substantiv danışıqlar prosesini davam etdirməyə hazır olduğunu diqqətə çatdırıb.

Səfir bildirib ki, beynəlxalq ictimaiyyətin Ermənistandan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsini qəti şəkildə tələb etməsinin vaxtı çatıb. O, həmçinin bu məsələdə tutduğu mövqeyə və münaqişənin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında həllini dəstəklədiyinə görə Meksika tərəfinə təşəkkürünü bildirib.




Baxış sayı: 1 128
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30