FACT-INFO.AZ » XƏBƏR » Ordumuzda vətənpərvərlik ruhu, döyüş əzmi və torpaqlarımızı işğaldan azad etmək istəyi yüksək səviyyədədir
8-09-2020, 09:00 | XƏBƏR
Ordumuzda vətənpərvərlik ruhu, döyüş əzmi və torpaqlarımızı işğaldan azad etmək istəyi yüksək səviyyədədir

Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildən sonra Milli Ordu quruculuğunda apardığı qətiyyətli və məqsədyönlü işlərin və xüsusən 2003-cü ildən sonra Prezident İlham Əliyevin ordu quruculuğuna böyük diqqət yetirməsinin nəticəsində bu gün ordumuz məhz bu sıralara gəlib çıxıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdiyi zaman, xüsusən 92-93-cü illərdə AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu zaman, xaos, anarxiya fonunda Milli Ordumuz ayrı-ayrı qruplar şəklində fəaliyyət göstərirdi və bu qruplar da o zaman hakimiyyətdə olan ayrı-ayrı şəxslərə xidmət göstərirdi:

“Daxili çəkişmələr nəticəsində işğalçı Ermənistan da fürsətdən istifadə edərək torpaqlarımızın 20 faizini işğal etdi. Ancaq bu gün Azərbaycan Ordusu həm maddi-texniki baza baxımından, həm silah-sursat, hərbi texnika baxımından tam təmin olunub, ən müasir silahlarla təchiz edilib”.

C.Osmanov bildirib ki, ordumuzun zabit və əsgərlərində milli vətənpərvərlik ruhu, döyüş əzmi və torpaqlarımızı işğaldan azad etmək istəyi və iradəsi yüksək səviyyədədir:

“Əlbəttə ki, biz bununla bağlı kifayət qədər nümunələr göstərə bilərik. 2016-cı ildə Azərbaycan ordusunun qələbəsi və uğurlu əməliyyat nəticəsində işğal edilmiş torpaqlarımızın bir hissəsinin azad edilməsi, 2018-ci ildə Naxçıvan istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusunun növbəti qələbəsi və bu ilin iyul ayında Ermənistanın Tovuz istiqamtində törətdiyi təxribatın qarşısının çox məharətlə alınması və digər hadisələr Azərbaycan Ordusunun gücündən, qüdrətindən xəbər verir.

Son bir ay ərzində Azərbaycan Ordusunun Türkiyə Ordusu ilə bərabər hərbi təlimlərin keçirilməsi zamanı Azərbaycan ordusunun nə qədər hazırlıqlı olduğunu, müasir silah-sursat və hərbi texnika ilə təmin olunmasını, vətənpərvərlik və döyüş ruhunun nə qədər yüksək olduğunu gördük və Azərbaycan xalqı bununla qürur duyur”.




Baxış sayı: 1 228
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30