Tədbir fevralın 26-da Londonda Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən “Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil edilib.
Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr edilən ənənəvi anım konsertində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, anım konsertində azərbaycanlı musiqiçilər Səbinə Rakçeyeva, Nəzrin Rəşidova (skripka), Rafiq Rüstəmov (tar), Günel Mirzəyeva, Ayan Salahova (piano), Camal Əliyev (çello), Selcan Nəsibli (soprano), həmçinin Aleksander Cermanoviç (piano) və “Deco” ansamblının ifasında Fikrət Əmirovun, Qara Qarayevin, Vasif Adıgözəlovun, G. Perqolesinin, J. Massenetinin repertuarından musiqilər səsləndirilib.
LİVE kanalında yayımlanan proqrama Böyük Britaniya parlamentində fevralın 24-də keçirilmiş ilk “Xocalı Sülh Mükafatı”nın təqdimat mərasimindən və rəsm sərgisindən görüntülər də daxil edilib. Reportajda əsas diqqət Xocalı qətliamına öz münasibətlərini incəsənət vasitəsilə ifadə edən Böyük Britaniya sənətçilərinə yönəlib.(apa)
Konsertə London LİVE televiziyasının onlayn xidməti vasitəsilə aşağıdakı linkdə baxmaq olar:
http://www.londonlive.co.uk/programmes/khojaly-classical-concert-2016.
Baxış sayı: 1 730
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

