FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » “Nezavisimaya qazeta”: Nikol Paşinyan kəskinləşməyə doğru gedir
6-09-2020, 15:20 | TƏDQİQATLAR-ANALITIKA
“Nezavisimaya qazeta”: Nikol Paşinyan kəskinləşməyə doğru gedir

Sentyabrın 5-də Rusiyanın “Nezavisimaya qazeta” qəzeti “Nikol Paşinyan kəskinləşməyə doğru gedir” başlıqlı məqalə dərc edib. Fact-info.az AZƏRTAC-a istinadən məqaləni təqdim edir.

Yerevan Bakı ilə münaqişədə kəskinləşmədə oynayır. Ermənistanın baş naziri Nikol Paşinyan avqustun sonunda Dağlıq Qarabağa səfər edib. Onun qondarma ”respublika”nın prezidenti Araik Arutyunyanla görüşü keçirilib və tərəflər hərbi əməkdaşlığı müzakirə ediblər. Bu, Ermənistan və Azərbaycan arasında davam edən hərbi qarşıdurma fonunda baş verib: toqquşmalar iyul ayındakı kimi kəskin olmasa da, vaxtaşırı atəş və təxribat xarakterli hücumlar baş verir. Bununla belə, səfər Azərbaycan tərəfi üçün həssas bir gündə - avqustun 30-da Qubadlı rayonunun işğalı günündə reallaşıb. Eyni zamanda, Yerevan Rusiyanı və KTMT-nin digər ölkələrini öz tərəfindən münaqişəyə cəlb etməyə çalışır. Lakin bu günə qədər bu cəhdlər uğursuzluqla nəticələnib.

Xatırladaq ki, iyulun ortalarında Ermənistan-Azərbaycan dövlət sərhədində döyüşlər baş verib. Atışma bir neçə gün davam edib və çox sayda insan tələfatı ilə nəticələnib. İndi vəziyyət sakitləşib, amma gərginlik davam edir. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirildiyi kimi, avqustun 23-ü səhər Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu cəbhə xəttini keçməyə cəhd göstərib. Rəsmi Bakının məlumatına görə, erməni təxribat qrupunun komandiri baş leytenant Qurgen Alaverdyan döyüş zamanı əsir götürülüb.

Yerevan eskalasiyanın Azərbaycanın hərəkətlərindən qaynaqlandığını israr edir. İyulun 12-də Ermənistan Müdafiə Nazirliyi bildirib ki, guya Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları naməlum səbəblərdən “UAZ” markalı nəqliyyat vasitəsilə Ermənistan Respublikasının dövlət sərhədini keçməyə çalışıblar. Lakin diqqət çəkən məqam odur ki, Ermənistanın hakimiyyət orqanları bu versiyaya özləri də şübhə edirlər. Hətta yerli jurnalistlər hökumətin iclasında Paşinyanın vəziyyətin gərginləşməsinə səbəb olan “UAZ”a atəş açmağın zəruriliyini sual altına qoyduğunu görəndə təəccübləndilər. Baş nazir güman edib ki, bəlkə də azərbaycanlıların məqsədi hərbçilərin təkid etdiyi kimi, mövqelərini ələ keçirmək yox, itirilmiş maşını qaytarmaq idi. Həqiqətən avtomobilin hərəkətini hərbi hücum əlaməti hesab etmək mümkün deyil - bunun üçün zirehli texnikadan istifadə etmək daha məntiqlidir.

Bu qəribə versiyanın irəli sürülməsi erməni ordusunun Rusiya XİN-in başçısı Sergey Lavrovun dediyinə və iyul döyüşlərinə səbəb olduğuna inandığı təqdirdə, “əsassız əməllərinə” görə çalışdığı işlərin nə dərəcədə uzlaşması üzərində düşünməyə vadar edir. Üstəlik, Ermənistanın hərbi kəşfiyyatı xüsusilə açıq şəkildə geriləyir. Bu yaxınlarda keçirilmiş mətbuat konfransında Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Yerevanda 2016-cı ilin aprelində dövlət başçısı olduğu zaman baş verən əvvəlki eskalasiyanın başlanğıcını qaçırdıqlarını açıq şəkildə bildirib. “Bəli, bu, bizim kəşfiyyatımızın çatışmazlığıdır”, - deyə sabiq prezident etiraf edib. Avqustun 23-də Azərbaycan hərbçiləri döyüş zamanı erməni kəşfiyyat qrupunun komandirini əsir götürdüyü vaxt baş verən insident, həmçinin Ermənistan ordusunun “peşəkar” hazırlıq səviyyəsini, bölmələrinin hərəkətlərini gizlətmək və ərazidə hərəkət etmək qabiliyyətini sual altına qoyub.

Yerevanın mövqeyi kontekstində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun son şərhləri diqqət çəkir. “Trud” qəzetinə verdiyi müsahibəsində o, aşağıdakı hadisələr zəncirinin iyuldakı sərhəd münaqişəsinə təkan verdiyini bildirərək deyib: “Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə sərhəd-keçid məntəqəsini bərpa etmək qərarı birilərində yüksək narahatlıq doğurdu, digərlərində isə əsassız əks reaksiyaya səbəb oldu və yekunda ən gözlənilməz nəticələrlə qarşıdurma çarxını işə saldı”. Maraqlıdır ki, başlanğıc amil kimi yenə də “erməni tərəfinin qərarı” göstərilib.

Sentyabrın 1-də S.Lavrov əminliyini bildirib ki, münaqişənin hər iki tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin təmsilçilərinin regionda təşkil etdikləri görüşlərin bərpasında maraqlıdır. “Bizim mövqeyimiz təqribən 18 il ərzində qazanılan sənədlər kompleksinə əsaslanır”, - deyə hər şeyə sıfırdan başlamaq zərurətinə tərəddüd edən nazir bəyan edib. Bu, mövcud baza və təkliflər əsasında danışıqlar prosesinə qayıtmaq deməkdir. Buna görə də onun formatını və mahiyyətini dəyişmək cəhdləri, o cümlədən Stepanakerti tərəf qismində danışıqlara cəlb etmək və Yerevandan səslənən “ərazilərin sülhlə dəyişdirilməsi” kimi qəbul edilmiş formul dəstək qazanmır: həqiqətən o halda ümumiyyətlə aydın olmayacaq ki, Bakı Yerevan ilə nə barədə razılığa gəlsin. Bundan əlavə, Paşinyanın Qarabağa səfərindən dərhal sonra qondarma “respublika”nın xarici işlər naziri bildirib ki, ATƏT-in Minsk qrupunun formatında danışıqlar prosesinin bazası sayılan Madrid prinsipləri daha müzakirə olunmur. O, faktiki olaraq Sergey Lavrovun 1 sentyabr tarixli bəyanatını təkzib edib. Qarabağ ermənilərinin lideri Araik Arutyunyan öz növbəsində ümumiyyətlə erməniləri “xəyal qurmamağa” və “müharibəyə hazırlaşmağa” səsləyib.

Paşinyanın Dağlıq Qarabağa “qırğı” kimi səfəri bu formatda dialoqa çətin ki, şərait yaradar. Onun özünün dolayı səbəbləri ola bilər. Koronavirus pandemiyası fonunda Ermənistandakı iqtisadi və siyasi vəziyyətin pisləşməsi hakimiyyət orqanlarını daxili problemlərdən diqqəti yayındırmaq üçün hücum xarakterli, daha kəskin xarici siyasət aparmağa məcbur edir.

Bununla bərabər, Ermənistanda ölkənin Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, müxalif “Vətən” partiyasının lideri Artur Vanetsyanın güclənməsi müzakirə olunur. Hesab edilir ki, o, Rusiyanın müəyyən dairələri tərəfindən dəstəklənir. Vanetsyan bu yaxınlarda erməni müxalifətinin geniş danışıqları barədə xəbər verib. Yeganə məqsəd Paşinyan hakimiyyətindən mümkün qədər tez yaxa qurtarmaqdır. Bütün bunlar qonşu respublika ilə münaqişədə getdikcə daha düşüncəsiz hərəkətlərə yol verən erməni rəhbərliyini açıq-aşkar qıcıqlandırır.




Baxış sayı: 1 531
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30