"SAF Həyat Naminə” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Pandemiya dövründə aztəminatlı ailələrə ictimai dəstəyin göstərilməsi” adlı layihəyə start verdi.
Bizimlə söhbət zamanı “SAF Həyat Naminə” Gənclər İB-nin sədri Dinara Bayramlı dedi: “Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Pandemiya dövründə aztəminatlı ailələrə ictimai dəstəyin göstərilməsi” adlı layihəyə başladıq. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət başçısının və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanır. Bildiyinizə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi dövründə 65 yaşdan yuxarı şəxslərin evdən çıxışı qadağan edilmişdi, insanların yaxın təmaslarını azaltmaq üçün hərəkət məhdudiyyətləri müəyyən olunmuşdu. Buna görə də bu layihə çərçivəsində Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə köməyə ehtiyacı olan insanlara, aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət sovqatların paylanılması nəzərdə tutulur.”
Birliyin sədri yardım ediləcək ailələrin sayını da acıqladı-76 ailə. Ailələrə kuponlar təqdim olunacaq və onlar həmin kuponda qeyd olunan məbləğ civarında lazım olan ərzaqları əldə edə bilərlər.
Şamil Sabiroğlu,
Jurnalist, müharibə veteranı.
Baxış sayı: 1 388
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

