FACT-INFO.AZ » SİYASƏT » Azərbaycandan dünya birliyinə vacib mesaj
5-09-2020, 10:10 | SİYASƏT
Azərbaycandan dünya birliyinə vacib mesaj

Ermənistanın təcavüzü nəticəsində son 30 il ərzində hərbi-siyasi gərginliyin episentrində yer alan Azərbaycanın ölkə vətəndaşlarının həyatının xilas edilməsi üçün çalışdığı bir zamanda işğalçı ölkənin sərhəd zolağında törətdiyi növbəti təxribat bu siyasətin daha kəskin və təsirli aparılmasını şərtləndirir. Təsadüfi deyil ki, iyulun 12-16-da törədilən erməni təxribatından dərhal sonra düşmən ölkəyə silah satışı həyata keçirən Serbiya və Rusiyadan izahat tələb olunması, hətta rəsmi Moskvanın verdiyi izahın qəbul olunmaması Azərbaycanın xarici siyasətinin müdafiə mövqeyindən hücuma kökləndiyini göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputat, fəlsəfə doktoru Cavanşir Feyziyev söyləyib.

Deputat deyib: “Bu günlərdə xarici ölkə səfirlərinin etimadnamələrinin dövlətimizin başçısına təqdim edilməsi ilə bağlı keçirilən qəbulda Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər də Azərbaycanın xarici siyasətində yeni mərhələnin başlanğıcından xəbər verir. Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsinin qəbul edilməsi üçün keçirilən görüşdə Prezident İlham Əliyev Azərbaycan-Yunanıstan münasibətlərinin son illərdə arzuolunmaz istiqamətdə inkişafını vurğulayaraq Yunanıstan hökumətinin Azərbaycanın əməkdaşlıq təkliflərinə qeyri-adekvat münasibətini tənqid etdi və bunun beynəlxalq ticarət qanunları ilə yanaşı, həm də beynəlxalq əməkdaşlıq ruhuna zidd olduğunu bildirdi. Bununla yanaşı, Yunanıstan-Kipr-Ermənistan formatında hərbi-siyasi əməkdaşlığın ölkəmizin maraqlarına birbaşa zidd olduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycan-Türkiyə münasibətlərinin şərhinə də xüsusi yer ayırdı. Son aylarda Yunanıstanın bir sıra Avropa dövlətləri ilə birləşərək Türkiyəyə qarşı sıxışdırıcı siyasət aparmasını sərt tənqid edən Prezident İlham Əliyev bu təzyiqlərə qarşı rəsmi Ankara tərəfindən atılan bütün addımların Azərbaycan tərəfindən birmənalı olaraq dəstəkləndiyini bildirdi. Azərbaycan-Türkiyə əlaqələrini doğma qardaş münasibətləri kimi xarakterizə edən dövlətimizin başçısı Şərqi Aralıq dənizi akvatoriyasında qardaş ölkənin iqtisadi fəaliyyətinin onun haqqı olduğunu bildirdi, rəsmi Ankaranın hüquqlarının və milli maraqlarının müdafiəsi üçün dövlətimizin daim onun yanında olacağını bir daha rəsmən bəyan etdi. Əlbəttə, Prezident İlham Əliyevin çıxışında bizim üçün yeni bir anlayış və ya yeni bir yanaşma yoxdur. Çünki iki qardaş ölkə arasında münasibətlər Heydər Əliyev tərəfindən irəli sürülmüş “Bir millət, iki dövlət” prinsipinə əsaslanır. Lakin bu bəyanatların məhz Yunanıstan səfiri ilə ictimaiyyətə və mediaya açıq görüşdə səsləndirilməsi öz-özlüyündə bölgəmizdə yaranmış mövcud durumla bağlı dövlətimizin mövqeyi haqqında bir sıra vacib mesajlar daşıyır və ona görə də siyasi-diplomatik baxımdan çox böyük əhəmiyyətə malikdir.

Əslində, bu bəyanatların, sadəcə, Yunanıstan hökumətinə deyil, Türkiyəni beynəlxalq və regional siyasət səhnəsində təkləməyə cəhd göstərən bütün Avropa dövlətlərinə, həmçinin Yunanıstanın üzv olduğu bütün beynəlxalq təşkilat və qurumlara ünvanlandığını siyasətçilər yaxşı başa düşürlər. Bu bütün hallarda Azərbaycan-Türkiyə qardaşlığının digər maraqlara güzəştə gedilməyəcəyi haqqında dövlətimizin siyasi doktrinal mövqeyinin qətiyyətli ifadəsidir, eyni zamanda Prezident İlham Əliyev tərəfindən dünya birliyinə ünvanlanmış birinci mesajdır. Bu mesaj Türkiyənin suveren hüquqlarının dünya birliyi tərəfindən müdafiə olunması zərurətini vurğulamaqla yanaşı, həm də Azərbaycanın hər zaman qardaş ölkənin milli maraqlarının keşiyində duracağını ifadə edir.

İkinci mesaj isə bilavasitə işğal olunmuş torpaqlarımızın azad edilməsi perspektivləri ilə bağlıdır.

İyul hadisələrindən dərhal sonra Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin keçirilməsi, qardaş ölkənin yüksəksəviyyəli siyasi-hərbi rəhbərlərindən ibarət nümayəndə heyətinin ölkəmizə gəlişi və Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyənin istənilən addımı atmağa hazır olduğunun bəyan edilməsi də bu gün Azərbaycanın xarici siyasətinə güc verən, onun daha kəsərli olmasını təmin edən amillərdəndir. Təkcə bölgəmizdə deyil, ümumiyyətlə dünyada baş verən hadisələr fonunda türk birliyinin əhəmiyyəti və zərurəti günbəgün artmaqdadır. Burada da bəyanatın bizə çoxdan məlum və aydın olan məzmunu yox, daha çox bu bəyanatın Türkiyə dövləti adından harada, hansı kanallarla və hansı formada səsləndirilməsi xüsusilə diqqəti cəlb edir.

Beləliklə, hər iki ölkənin milli maraqlarının həyati vacib məqamları ilə bağlı həm Türkiyə, həm də Azərbaycan tərəfindən səsləndirilmiş son bəyanatlara türk dövləti quruculuğunun tarixi xüsusiyyətləri kontekstində baxdıqda görünən odur ki, iki qardaş dövlət arasında hərbi dəstəyi də özündə ehtiva edən hərtərəfli qarşılıqlı dəstək iradəsi bu gün deklarativ müstəvidən praktik fəaliyyət müstəvisinə keçid ərəfəsindədir. Məhz bu səbəbdən Türkiyə rəsmiləri tərəfindən Qarabağın azad olunması ilə bağlı səsləndirilən hər bir bəyanatın Ermənistanda və onun havadarlarında narahatlıq yaratdığı da diqqətdən yayınmır.

Müharibə şəraitində keçən son 30 ilin təcrübəsi də göstərir ki, torpaqlarımızın işğalına nə BMT, nə ATƏT, nə də ayrı-ayrı dövlətlər son qoymaq arzusunda və iqtidarındadır. Buradan gəlinən son nəticə isə odur ki, işğal edilmiş bütün torpaqlarımız Azərbaycan və Türkiyə arasındakı möhtəşəm türk birliyinin birgə siyasi iradəsi əsasında ortaq türk ordusu tərəfindən azad olunacaq.

Türkiyə rəhbərliyinin bəyanatları və Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın yeni səfiri ilə görüşdə səsləndirdiyi fikirlər də məhz bu vacib mesajın dünya birliyinə bəyan edilməsi idi.




Baxış sayı: 1 669
Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031