Türkiyə Prezidentinin Sözçüsü İbrahim Qalın Azərbaycana təşəkkür əlaməti olan post paylaşıb.
APA-nın yerli bürosunun xəbərinə görə, İ.Qalın bu barədə şəxsi "Twitter" səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” cümləsini paylaşıb və “Bir millət, iki dövlət, bütün dünyaya örnək” fikrini əlavə edib, həmçinin Azərbaycanla Türkiyə bayraqlarının birgə dalğalanan şəklini səhifəsində yerləşdirib.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosu qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginliyə də toxunub.
İ.Əliyev bu məsələdə Yunanıstana sərt mövqeyini bildirərək deyib ki, Türkiyə Azərbaycana təkcə dost və tərəfdaş deyil, həm də qardaş ölkədir. Prezident, həmçinin vurğulayıb ki, Azərbaycan heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyir və bütün hallarda dəstəkləyəcək.
Baxış sayı: 1 854
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

