FACT-INFO.AZ » SİYASƏT » Politoloq: Paşinyanın Dağlıq Qarabağa səfərinin arxasında duran əsas amil təşviş və qorxudur
3-09-2020, 07:45 | SİYASƏT
Politoloq: Paşinyanın Dağlıq Qarabağa səfərinin arxasında duran əsas amil təşviş və qorxudur

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinin arxasında duran əsas amil təşviş və qorxudur. Çünki Ermənistan rəhbərliyi Azərbaycanın gücü qarşısında qorxuya düşüb. Digər tərəfdən, işğalçı ölkə həm də Azərbaycanı qorxutmağa cəhd göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq diqqətə çatdırıb ki, Ermənistan Rusiyadan yeni silah-sursat aldıqdan sonra daha da ürəklənib. Amma, əslində, bu silah-sursatın çoxu yararsız vəziyyətdədir. “Bu, təbii ki, məsələnin ikinci tərəfidir. Sadəcə, bundan istifadə edərək Paşinyan Azərbaycana psixoloji təsir göstərməyə çalışır. O, bunu Qarabağa səfəri zamanı, əsasən, hərbi obyektlərdə olması ilə göstərməyə çalışır. Lakin Paşinyan özü-özünü aldadır. Bu siyasətin sonu yoxdur. 2014-cü ilin avqust ayından etibarən onlar vaxtaşırı olaraq cəbhə bölgəsində və sərhədyanı ərazilərdə təxribat törətməklə məşğuldurlar. Amma burunları ovulduqdan sonra peşmanlıqla geri çəkilməyə məcbur olurlar. 2016-cı ilin aprelində Azərbaycan Ordusu ermənilərin növbəti təxribatının qarşısını aldı və düşmən gücümüzü gördü. İşğalçı ölkə son təxribatını isə bu ilin iyulunda Tovuz istiqamətində törətdi. Bu da onu göstərir ki, Ermənistanın siyasi hakimiyyəti beynini, təfəkkürünü deyil, həmişə olduğu kimi, hiyləsini işə salmaqla məşğuldur”, - deyə T.Abbasov bildirib.

Rəsmi Yerevanın iki ölkə arasında gərginliyin azadılmasında qətiyyən maraq göstərmədiyini diqqətə çatdıran politoloq diqqətə çatdırıb ki, Paşinyan hakimiyyəti Qarabağa səfəri ilə yeni, dağıdıcı planlara meydan verdiyini nümayiş etdirir. Məqsəd odur ki, bölgədə böyük müharibə başlasın. Amma anlamır ki, müharibə başlasa, bu, Ermənistanın sonu olacaq.

“Paşinyanın cəbhənin Tovuz istiqamətində Azərbaycanla sərhəddə təxribat törətməkdə fərqlənmiş erməni hərbçilərini mükafatlandırması, hətta onlardan birinə “Milli qəhrəman” adını təqdim etməsi teatr tamaşasında səhnə oyununu xatırladır, iyul döyüşlərindən sonra Ermənistan ordusundakı ruh düşkünlüyünü aradan qaldırmağa hesablanıb. Ermənistan rəhbərliyinin ağlı başında olsaydı fikirləşərdi ki, burnu ovulandan sonra Azərbaycanla yenidən belə oyun oynamaq onun dövlətinin və hakimiyyətinin xeyrinə olmayacaq. Əks halda, onları yenə də məğlubiyyət gözləyir”, - deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, dünyanın koronavirus pandemiyası ilə çətin mübarizə apardığı bir vaxtda Paşinyan yenə öz məkrli məqsədlərini həyata keçirməyə çalışmaqdan yorulmur. Hazırda Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşdırma siyasəti aparılır. Hakimiyyət Livanda güclü partlayış nəticəsində evsiz-eşiksiz qalmış erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsini planlaşdırır. Onlar yarım milyon insanı Qarabağa köçürmək niyyətindədirlər. Bu siyasət öz mahiyyətinə görə çox mənasızdır. Onlar bu planı Suriyada vətəndaş müharibəsi vaxtı da həyata keçirməyə cəhd göstərsələr də, alınmadı. Yəni, çox az sayda insan Qarabağa gəlsə də, bu ölkədəki vəziyyəti görüb yenidən geri qayıtdı. Onlar başqa ölkələrdəki erməniləri Qarabağa gətirmək üçün nağıllar uydururlar. Guya ki, Qarabağ Ermənistanın qədim yurdudur və kim gəlib burada yaşasa, cənnətə gedəcək.

T.Abbasov qeyd edib ki, faşist ideologiyasına qulluq edənləri ancaq qazanc və gəlir əldə etmək düşündürür. Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı “Beys Metls” şirkətinin dağ-mədən kompleksində olması da təsadüfi deyil. Onun xalqa xidmət etməsi ilə bağlı verdiyi sözlər vəddən başqa bir şey deyil.

Paşinyanın və ailə üzvlərinin adı mafiya hadisələrində, dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılır. Paşinyanın Qarabağa səfəri də ailə biznesini genişləndirmək, Azərbaycanın işğal olunmuş. ərazilərində qızıl və digər metalların qeyri-qanuni istismarından payını götürmək niyyəti daşıyır. Bu səbəbdən bu bölgənin müharibə zonasında olması ona sərf edir. Paşinyan sələflərinin xəttini davam etdirərək cəbhə bölgələrində azərbaycanlı mülki əhalinin, yaşayış məntəqələrinin davamlı olaraq atəşə tutulmasında xüsusi fəallıq göstərir. Ermənistan rəhbərliyi və onun ətrafı yaxşı anlayır ki, onlar bizimlə döyüşə hazır deyillər və bu səbəbdən çalışırlar ki, imkan daxilində öz şəxsi korporativ maraqlarını təmin etsinlər.

Politoloqun sözlərinə görə, bu gedişlə Ermənistan heç vaxt tənəzzüldən qurtula bilməyəcək və məhvə məhkumdur. Azərbaycan dövlətinin, Ordusunun gücünü nəzərə almayan bu ölkənin müqəddəratı sual altındadır. Paşinyan hakimiyyəti son variant olaraq 100 minlik könüllülər ordusu yaratmaq istəyir və buraya Livandan gələn erməniləri də cəlb etmək fikrindədir. Əslində, bu, terrorçu ordu olacaq. Ümumiyyətlə, Paşinyanın dünyada baş verən proseslərlə bağlı heç bir məlumatı yoxdur. Livanlılar Cənubi Qafqazda nə baş verdiyini bilirlər. Təbii ki, onlar bir münaqişə zonasından ikinci münaqişə bölgəsinə keçməyi qətiyyən istəməzlər.

“Lakin Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycanın dövlət başçısı və onun komandası vəziyyəti düzgün təhlil edir, qüvvələr nisbətində vəziyyətin necə olduğunu yaxşı bilir. Azərbaycanın dövlət siyasətinin mahiyyəti ondan ibarətdir ki, Ermənistanın və onun hakimiyyətinin faşist ideologiyasını, siyasətini ifşa etsin, onların iç üzünü, Paşinyan hökumətinin destruktiv rolunu bütün dünyaya göstərsin.

Haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Çünki işğalçı Ermənistan 30 ildir Azərbaycan ərazilərini işğal altında saxlayır. Ölkəmizin ərazi bütövlüyü dünya miqyasında tanınır. Azərbaycan öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun bərpa edəcək”, - deyə Tofiq Abbasov vurğulayıb.




Baxış sayı: 1 900
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30