FACT-INFO.AZ » AKTUAL » Misir Xarici Əlaqələr Şurasının üzvü, professor Nurhan əl-Şeyx: Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir
2-09-2020, 08:15 | AKTUAL
Misir Xarici Əlaqələr Şurasının üzvü, professor Nurhan əl-Şeyx: Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir

Livan və digər Yaxın Şərq ölkələrində yaşayan ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə köçürülməsi beynəlxalq hüquq normalarına və sənədlərə ziddir. Bu qanunsuz əməllər 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və onun əlavə Protokollarının da kobud şəkildə pozulmasıdır.

Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə açıqlamasında Misirin tanınmış politoloqu, Misir Xarici Əlaqələr Şurasının üzvü, Qahirə Universitetinin Rusiya Araşdırmalar Mərkəzinin direktoru, professor Nurhan əl-Şeyx söyləyib.

Xanım Nurhan əl-Şeyx vurğulayıb ki, Azərbaycan dövləti Ermənistanın bu qanunsuz əməlləri barədə BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər. Çünki Ermənistan regionda demoqrafik şəraiti dəyişməyə səy göstərir və bununla işğal faktına bəraət qazandırmaq istəyir. Lakin rəsmi Bakı BMT-yə müraciət etməklə tamamilə qanuni əsaslarda işğalçı ölkənin qanunsuz hərəkətlərini ifşa edə bilər. Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməli və onu dövlətlərin ərazi bütövlüyü prinsipinə əməl etməyə məcbur etməlidir.

Misirli politoloq əlavə edib ki, dünyanın qloballaşdığı müasir dövrdə hər hansı bir dövlətin orta əsrlərdə olduğu kimi, başqasının ərazisini işğal altında saxlamaqla orada etnik quruluşu dəyişməsi yolverilməzdir. O deyib: “Bu, həmin ərazilərin əsl sakinləri olan azərbaycanlıların da gələcəkdə öz doğma yurdlarına qayıtmasının qarşısını almaq məqsədi güdür. Ermənistan BMT-nin üzvü və beynəlxalq konvensiyalara imza atmış ölkədir və öz üzərinə götürdüyü öhdəliklərə əməl etməyə borcludur”.




Baxış sayı: 2 013
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30