Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, bu, hər şeydən öncə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və onun protokoluna ziddir: "Bu cür faktlar əsla və əsla ATƏT-in Minsk qrupunun həmsədrlərinin, faktaraşdırıcı missiyanın diqqətindən yayınmamalıdır və bunlar qeydə alınmaqla qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir. İkinci təhlükəli olan məsələ ondan ibarətdir ki, bu günlərdə Ermənistanda hərbi xidmətə çağırışla bağlı qanuna düzəliş edilməsi gündəmə gəldi. Bu o deməkdir ki, könüllülərin bundan sonra Ermənistan ordusuna cəlb olunmasının qanuni yolu açılacaqdır və bu prosesdə erməni ordusuna könüllülər adı altında çoxsaylı terroristlər cəlb ediləcəkdir. Ona görə də bu iki fakt arasında bir əlaqə qurub belə nəticəyə gəlmək olar ki, Livandan köçürülən ailələrin içərisində də çoxsaylı terroristlər ola bilər. Çünki Livan daim terroristlərin məskunlaşdığı, yerləşdiyi və yetişdirildiyi bir məkan olub. İlk dəfə 1875-ci ildə erməni terror təşkilatı ASALA yaradılan zaman məhz Livanda yaradılıbdır. Hazırda da bu klassik ənənə davam etməkdədir. Ona görə də əslində burada iki məsələyə xüsusi diqqət ayrılmalıdır - biri qeyri-qanuni məskunlaşma, digəri isə Cənubi Qafqaza terroristlərin gətirilməsi ilə regionda vəziyyətin daha da gərginləşdirilməsi".
H.Babaoğlu vurğulayıb ki, bu fakta hər şeydən öncə ATƏT-in Minsk qrupunun həmsədrləri dərhal reaksiya verməlidirlər: "Və əgər regionda doğrudan da gərginliyin daha da artmasını istəmirlərsə, problemi sülh yolu ilə həll etmək istəyirlərsə, bu cür addımların qarşısını almalıdırlar. İşğalçı ölkəyə təzyiq etməlidirlər. Əks təqdirdə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün lazım olan bütün addımları atacaq".
Baxış sayı: 1 897
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

