Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altındakı ərazilərinə səfəri Ermənistan hakimiyyətinin Azərbaycana qarşı yeni hücum planları qurduğunu göstərir. Bu, açıq şəkildə işğalçı ölkənin hərbi əməliyyatların yenidən bərpası, növbəti təxribat fəaliyyətinə başlamaq niyyətinin göstəricisidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, Paşinyan Qarabağa səfəri zamanı əsasən hərbi obyektlərdə olub, oradakı vəziyyətlə maraqlanıb. Paşinyanın cəbhənin Tovuz istiqamətində Azərbaycanla sərhəd xəttində təxribat törətməkdə fərqlənmiş erməni hərbçilərini mükafatlandırması, hətta birinə “Milli qəhrəman” adını təqdim etməsi İyul döyüşlərindən sonra Ermənistan ordusundakı ruh düşkünlüyünü aradan qaldırmağa hesablanıb. Çünki məhz Tovuz döyüşlərində Azərbaycan Ordusu tərəfindən sarsıdıcı cavab zərbələri alan erməni ordusunda ruh düşkünlüyü, psixoloji gərginlik hökm sürür. Elə erməni cəmiyyətində də belə fikirlər səsləndirilir ki, münaqişənin həllində kiçik səhv həm Ermənistan, həm də onun hakim komandası üçün son dərəcə baha başa gələ bilər ki, bu da Ermənistanın hazırkı hökuməti üçün ən təhlükəli büdrəmə ola bilər. Bu təxribatçı səfərin digər detallarına gəlincə, burada Paşinyanın ailə biznesini genişləndirmək, Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər metalların qeyri-qanuni istismarındakı payını götürmək niyyətini də görmək mümkündür.
Deputat qeyd edib ki, Ermənistanın baş nazirinin və onun ailə üzvlərinin adının dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılması təsadüfi deyil. Elə Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı “Beys Metls” şirkətinin dağ-mədən kompleksində də olması bunu bir daha təsdiqləyir. Ümumiyyətlə, Ermənistan rəhbərliyinin bütün addımları münaqişə bölgəsində vəziyyəti gərginləşdirməyə xidmət edir.
Baxış sayı: 1 820
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

