Bir az əvvəl Paşinyanın verdiyi bəyanatlardan danışdım. Belə bir vəziyyətdə Minsk qrupunun vasitəçiliyi ilə danışıqların davam etdirilməsinə şərait yoxdur.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramına müsahibəsində deyib.
M.Brayza bildirib ki, Minsk qrupu hazırda həyata keçirməli olduğu vasitəçilik rolunu yerinə yetirə bilmir:
“Ona görə düşünürəm ki, biz yaranan boşluğu Ermənistan tərəfindən Rusiyanın, Azərbaycan tərəfindən isə Türkiyənin dolduracağını görə bilərik. Hamımızın da bildiyi kimi onlar Tovuzdakı toqquşmadan qısa müddət sonra birlikdə hərbi təlim keçirdilər. Hazırda biz Minsk qrupunun prosesdən kənara düşdüyünü görürük. Bəlkə Rusiya və Türkiyə daha çox önə çıxa bilər. Hesab edirəm ki, bəzi dairələrdə buna qarşı çıxanlar olacaq. Ancaq bunun doğru olduğunu düşünmürəm”.
Baxış sayı: 1 862
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

