FACT-INFO.AZ » SİYASƏT » Ermənistan könüllülər adı altında öz işğalçı ordusuna muzdluları və terrorçuları cəlb etmək niyyəti güdür
31-08-2020, 07:25 | SİYASƏT
Ermənistan könüllülər adı altında öz işğalçı ordusuna muzdluları və terrorçuları cəlb etmək niyyəti güdür

Ermənistanda müdafiə haqqında qanuna dəyişikliklərin edilməsi müzakirə olunur və bunu zəruri edən səbəb ondan ibarətdir ki, faktiki olaraq ölkədə müdafiəni təşkil edəcək insani resurslar, ordu, orduda nizam-intizam yoxdur. Ermənistanın əl atdığı sonuncu təxribatlar zamanı bir daha aydın oldu ki, bu ölkənin ordusu döyüş qabiliyyətli deyil. Ona görə də yeni qanunda könüllülərin orduya cəlb olunması məsələsi aktuallaşdırılır və düşünürlər ki, bu şəkildə işğalçı Ermənistanın ordusunu gücləndirmək olar. Ancaq bu, mümkün deyil.

Bu fikirləri AZƏRTAC-açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Əslində məsələnin başqa tərəflərinin də olduğunu qeyd edən H.Babaoğlu bildirib ki, diqqətlə təhlil etdikdə aydın olur ki, könüllülərin orduya cəlb olunmasında əsas məqsəd heç də ordunun gücləndirilməsi deyil. Bu vasitə ilə hər şeydən öncə Paşinyan orduda özünə sadiq qüvvələr yaratmaqla siyasi rəqibləri önündə üstünlük qazanmağa çalışır. Çünki onun siyasi rəqibləri bu və ya digər formada ordu ilə bağlı olmuş və sonradan prezidentlik kürsüsünü əldə etmiş şəxslərdir ki, Sarkisyan da, Köçəryan da bu şəkildə eyni keçmişə malik idilər. Beləliklə, orduda, onun hərbi elitasında onların müəyyən nüfuzu var. İkinci məsələ ondan ibarətdir ki, bu proses adı altında yəni, könüllülər adı altında Ermənistan öz işğalçı ordusuna muzdluları və terrorçuları cəlb etmək niyyəti güdür ki, bu da əslində, onsuz da terrorçu olan orduya yeni terrorçuların cəlb edilməsi siyasətidir.

Hikmət Babaoğlu diqqətə çatdırıb ki, əsas məsələlərdən biri də orduda yeni güc mərkəzi yaratmaqla Paşinyana qarşı mümkün iğtişaşlara cavab vermək üçün sadiq qüvvələr əldə etməkdir. Ona görə də hazırda bu dəyişikliyin həyata keçirilməsi ilə bağlı addımlar atılmaqdadır. Amma bu formada şübhəsiz ki, ordunu gücləndirmək olmaz. Çünki insani resursların qıtlığı, vətəndaşların, hərbi qulluq yaşına çatmış gənclərin ölkəni tərk etməsi, ümumiyyətlə, əhalinin ölkəni tərk etməsi Ermənistanda ordu quruculuğu işini də iflic vəziyyətinə salıb. Bu problemi həll etmək zərurətindən irəli gələn axtarışlar zamanı bir müddət əvvəl müxtəlif ideyalar ortaya atıldı: “Paşinyan əvvəlcə xalq, ordu qurmaq tezisini irəli sürdü. Əlbəttə ki, olmayan xalqdan olmayan bir ordu da düzəltmək mümkün deyil. Xalq, ordu ənənəsi, ümumiyyətlə, Ermənistanın tarixində olmayan bir hadisədir. Ona görə də öz milli xarakterlərinə uyğun olaraq könüllülər adı altında muzdluların və terrorçuların Ermənistan ordusuna cəlb etməsini ən doğru və ən optimal yol kimi müəyyənləşdirdilər. Amma şübhəsiz ki, könüllülərin orduya cəlb edilməsi məsələsi və onların saxlanılması Ermənistan büdcəsinin öhdəsindən gələcəyi bir iş deyil”.

Hikmət Babaoğlu diqqətə çatdırıb ki, Ermənistanda xalq ordusunun yaradılmasının çox ciddi maliyyə tərəfləri var. Bu, sadəcə, ətrafında bütün həlqələrin daraldığını hiss edən Ermənistanın uğursuz çırpınışlarıdır. Şübhəsiz ki, bunlar heç bir halda Ermənistan ordusunu güclü etməyəcək və Azərbaycan öz güclü ordusu ilə ən qısa zamanda ərazi bütövlüyünü bərpa edəcək.




Baxış sayı: 1 758
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30