Birlikdən Fact-info.az-a daxil olan məlumata görə, layihə dövründə 3 nömrəli Respublika xüsusi internat məktəbində sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclərə 3 ay ərzində kompyuter kursları keçiriləcək. Bu kurslarda pandemiya dövründə ümumi qaydalara riayət edərək sosial məsafəni saxlamaqla intensiv təlimlər vasitəsilə sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclərə kompyuter biliklərinin öyrədilməsi nəzərdə tutulur.
Layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərə, uşaqlara özünə inam hissini qazandırmaq, onların cəmiyyətə inteqrasiyasını təmin etmək, onlara cəmiyyətdə özlərinə müəyyən yer tutması üçün zəmin yaratmaq,peşə hazırlığının səviyyəsi və ehtiyacların həll olunması istiqmaətdində konkret addım atmaqdır.
Eyni zamanda gələcəkdə öz yaşamlarını maddi cəhətdən daha yaxşı təmin etmələri və imkan daxilində bu sahədə biliklərini inkişaf etdirmək və yiyələndikləri peşəni davam etdirmək məqsədilə layihənin sonunda onlara sertifikatlar veriləcək. Bu cür layihənin həyata keçirilməsi və həssas əhali qruplarının cəmiyyətə inteqrasiyası vacib məsələlərdən biridir. Eləcə də layihədə qoyulmuş problemin həlli vacib, əhəmiyyətlidir. Və bu cür layihələrin həyata keçirilməsi böyük fayda verə bilər
Fact-info.az
Baxış sayı: 1 688
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

