Azərbaycanın tanınmış dizayneri Gülnarə Xəlilovanın “Qarabağ” adlı milli geyim kolleksiyası dünya brendləri ilə birlikdə IDFW (International Digital Fashion Week) ABŞ-da birinci rəqəmsal Dəb həftəsində təqdim olunacaq.
Dəb həftəsinin açılışı sentyabrın 5-də 75 ölkədən olan təmsilçilərin iştirakı ilə baş tutacaq.
G.Xəlilova deyib: “Yeni həyat formatı yeni perspektivlər açır. “International Digital Fashion Week” Amerikanın, Avropanın və Asiyanın dəb dünyasını birləşdirən məkandır. Layihədə dünyaca tanınmış dizaynerlər iştirak edəcəklər və dünya brendlərinin kolleksiyaları təqdim olunacaq. Azərbaycanı bu cür əhəmiyyətli beynəlxalq layihədə təmsil etmək mənim üçün böyük şərəfdir”.
Koronavirus pandemiyası ilə əlaqədar layihə onlayn təqdim olunacaq. IDFW Dəb həftəsi bütün dünya üzrə milyonlarla tamaşaçının baxdığı FNL telekanalı və tətbiqi (https://linktr.ee/fnlnetwork) vasitəsilə yayımlanacaq. FNL şəbəkəsi “Apple TV”, “Roku TV”, “Andriod TV”, “Amazon Fire TV”də, habelə bütün “Android” və “Apple iOS" qurğularında baxmaq üçün əlçatandır. Kolleksiyalar altı ay ərzində platformada əlçatan olacaqlar. “FNL Network”in banisi Rokko Leo Qaqliotidir (ABŞ).
Baxış sayı: 1 427
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

