Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimovla İranın Kooperativlər, Əmək və Sosial Rifah nazirinin müavini Ahmad Meydarinin onlayn formatda görüşü olub.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin keçirdiyi görüşlərin, qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfələr verdiyi vurğulanıb.
A.Kərimov ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial sahədə aparılan islahatlar, əldə olunan innovativ nailiyyətlər barədə məlumat verib. O, pandemiya dövründə Azərbaycanda reallaşdırılan geniş mqiyaslı iqtisadi və sosial dəstək tədbirlərini qeyd edib. Nazir müavini əmək bazarı ilə bağlı islahatları, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirildiyini diqqətə çatdırıb.
Baxış sayı: 1 844
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

