FACT-INFO.AZ » AKTUAL » Azərbaycanda səfərbər olunmuş cəmiyyət var və xalq-hakimiyyət birliyi monolitdir
25-08-2020, 15:10 | AKTUAL
Azərbaycanda səfərbər olunmuş cəmiyyət var və xalq-hakimiyyət birliyi monolitdir

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov

- Elman müəllim, məlum olduğu kimi bir neçə gün əvvəl Ermənistan ölkəmizə qarşı növbəti hərbi təxribat törətdi. Sizcə, bu təxribatı törətməkdə işğalçı ölkənin məqsədi nə idi?

- İşğalçı Ermənistan hakimiyyəti kritik vəziyyətdən çıxmaq, ondan narazı olan əhalinin fikrini yayındırmaq üçün təxribata əl atdı. Ermənistan tərəfinin koronavirus pandemiyasının yaratdığı çıxılmaz iqtisadi böhran vəziyyətində “kiçik müharibə”yə başlamaqla narazı kütlənin diqqətini ağır iqtisadi-sosial problemlərdın yayındırması istisna olunmur. “Böyük depressiya”nın təcrübəsi göstərir ki, ölkədə iqtisadiyyatın çökməsi millətçilik dalğasının yüksəlməsinə və “xarici düşmən” axtarışlarının intensivləşməsinə, əgər o varsa bu istiqamətdə avantürüst davranışlararın artmasına rəvac verir. Narazı kütlə belə xüsusi hallarda hərbi avantüralara loyal mövqedə dayana bilər. Nikol Paşinyanın yeni şəraitdə hakimiyyəti üçün olduqca ciddi daxili təhdidlərin formalaşacağı reallıqda məhz belə davranacağı istisna olunmur.

Nikol Paşinyan çox gözəl dərk edir ki, irimiqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə ölkəsinin güclü Azərbaycan Ordusu qarşısında biabırçı məğlubiyyəti və deməli, özünün də hakimiyyətdən salınması sırf zaman məsələsidir. Bu vəziyyətə Ermənistanın məqsədi “kiçik müharibə” effekti yaradıb, daxili auditoriyanın hakimiyyətə olan qəzəbini soyutmaq və sonra isə beynəlxalq aləmdə hay-həşir qoparıb, Azərbaycan ordusunun hücuma keçdiyi, Ermənistan dövləti və onun “məzlum” xalqı üçün yenidən təhdidlərin yarandığı ilə bağlı dezinformasiya yaymaqdan ibarətdir.

İyulun 12-də Ermənistan hərbi birləşmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya qurğularından istifadə etməklə qəfil hücuma keçərək hərbi təxribat törədiblər. Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi avantüraya görə bütün məsuliyyət onun hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. İşğalçı dövlətin belə bir addım atması ilk növbədə, mövcud diktator rejiminin ölkə daxili problemlərlə üzləşməsi ilə izah olunur. Heç kəsə sirr deyildir ki, koronavirus pandemiyası Ermənistanda onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti böhran həddinə çatdırıb. Ölkədə yeni inqilab mehi əsməkdədir. Bu reallıqda Ermənistanın hərbi-siyasi rəhbərliyi ənənəvi olaraq dəfələrlə sınaqdan çıxardıqları taktikanı yenidən işə salmaq məcburiyyətində qalıblar. Daxili riskləri süni yaradılmış xarici risklər hesabına kompensasiya etmək, yəni - hərbi avantüraya əl atmaqla Ermənistan rəhbərliyi hakimiyyətinin ömrünü uzatmaq niyyətindədir. Sadə ermənilər diktatura rejiminin ömrünü uzatmaq naminə övladlarını müharibədə qurban vermək istəmirlər və bununla bağlı etiraz edənlərin sayı gündən-günə artmaqdadır.

- Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin güclənməsi də işğalçı Ermənistanı ciddi şəkildə narahat edir…

- Bəli, Ermənistan siyasi rəhbərliyinin hərbi təxribatçı addımlarını şərtləndirən digər amil Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi ilə əlaqədardır. Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Xüsusilə də, Azərbaycan Prezidentinin COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi mənafeyinə xidmət edən BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün 130-dan çox dövlət tərəfindən dəstəklənməsi Ermənistanı qıcıqlandırıb. Ermənistan Azərbaycanın təşəbbüsünə etiraz etməklə özünü bütün dünyanın gözündə rüsvay edib.

Onu da qeyd edim ki, hərbi təxribatın məhz Azərbaycan-Ermənistan dövlət sərhədində baş verməsi təsadüfi deyil. Ermənistanın münaqişənin əsl mahiyyətini ört-basdır edir və bu da onun çirkin niyyətindən irəli gəlir. İşğalçı ölkə üzvü olduğu hərbi-siyasi təşkilatın “çətir”i altında gizlənərək hərbi avantürasının kollektiv müdafiə mexanizmləri ilə dəstəklənməsinə nail olmaq kimi riyakar məqsədindən qaynaqlanır. İşğalçı dövlətin bu istiqamətdə planları da tam iflasa uğrayıb.

- Ermənistanın bu məsələdə üzv olduğu təşkilatlardan dəstək ala bilməməsini necə şərh edərdiniz?

- Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bu ilin altı ayının yekunlarına həsr olunmuş iclasında bir sıra vacib məsələlərə diqqət yetirdi. Bu məsələlər sırasında Ermənistanın dövlət sərhədində hərbi təxribat törətməsi və buna layiqli cavab aldıqdan sonra KTMT-yə müraciət etməsi ilə bağlı oldu. Əvvəla cənab Prezident vurğuladı ki, Ermənistanın bu hadisəyə görə ölkəmizi ittiham etməsi absurddur. Bizim sərhəddə heç bir hərbi məqsədimiz yoxdur. Bizim məqsədimiz işğal olunmuş torpaqlarımızın azad olunmasıdır. Bu nöqteyi nəzərdən Ermənistanın iddiaları tamamilə əsassızdır. Cənab Prezident bunun səbəblərinə də aydınlıq gətirdi. Birinci səbəb odur ki, erməni tərəfi həmin təşkilatın kölgəsində gizlənib, münaqişənin mahiyyətini dəyişib onlardan dəstək almaq istəyirdi. Bununla da, əslində özlərinin nə qədər qorxaq və aciz olduqlarını nümayiş etdirdilər.

Qeyd edim ki, KTMT-nin 4-cü fəslinin 12-ci madəsinə görə qərarların qəbulu konsessus prinsipi ilə qəbul edilir. Üzv ölkələrdən birinin “yox” deməsi nəticəsində heç bir qərar qəbul olunmayacaq. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, KTMT-da Ermənistandan başqa bütün üzvlərlə Azərbaycanın dostluq münasibətləri var. Bu nöqteyi nəzərdən Ermənistanın niyyətinin iflasa uğrayacağı bəlli idi. Eyni zamanda, Ermənistan özünü o baxımdan çıxılmaz duruma salır ki, bir dövlət ki, KTMT-nın öz vətəndaşı olan baş katibini həbs etsin. Sonradan təzyiq altında həbs cəzasını geri götürsə də, cinayət işi bağlanmayıb. Və 1 il çalışdı ki, bu təşkilata baş katib təyin edilməsin. Təşkilatla belə münasibəti olan bir dövlət indi onun dəstəyinə arxalanmaq istəyir. Nəticə isə bəllidir. Beləliklə, təşkilat tərəfindən heç bir dəstək göstərilmədi və bu istiqamətdə Ermənistanın cəhdləri nəticəsiz qaldı.

- Azərbaycan cəmiyyəti bu proseslərdə ordumuza güclü dəstək nümayiş etdirir. Amma bu amildən öz məqsədləri üçün sui-istifadə edən dairələr də var. Sizcə, onların niyyəti nədən ibarətdir?

- Azərbaycan cəmiyyəti inanır ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında yüksək hərbi-vətənpərvərlik ruhu olan güclü Azərbaycan Ordusu düşmənin təxribatına bundan sonra da layiqli cavab verəcək. Birliyimiz, həmrəyliyimiz sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq.

Görünür ki, bu reallıq Ermənistan və ona havadarlıq edənləri, habelə daxilimizdəki "5-ci kolon"u möhkəm narahat edib. İyulun 14-də gecə radələrində bir qrup təxribatçının Milli Məclisə qeyri-qanuni müdaxiləsi, antidövlət şüarlar səsləndirməsi və qanunverici orqanın əmlakına zərər vurması təsadüfi hadisə olmayıb, öncədən planlaşdırılmış təxribatın nəticəsidir. Sərhəddə yaşanan son hadisələrlə bağlı orduya və dövlətə dəstəyini, düşmənə isə nifrətini ifadə etmək üçün yürüşə çıxan insanların sıralarına öncədən hazırlaşdırılmış və təlim almış təxribatçılar yerləşdirilib. Məqsəd Azərbaycanı 1990-cı illərin ssenarisi üzrə məhvə sürükləmək, ölkədə hakimiyyətsizlik mühiti formalaşdırmaq və bununla da yeni ərazi işğallarına şərait yaratmaq perspektivdə isə vətəndaş müharibəsini labüd etməkdən ibarətdir.

Amma Azərbaycan polisinin operativ reaksiyası nəticəsində təxribatçılar ərazidən kənarlaşdırıldılar. Onların kimliyi müəyyənləşdirilir. Heç kəs məsuliyyətdən kənarda qalmayacaq. Cənab Prezident Nazirlər Kabinetinin iclasında vurğuladı ki, söhbət Vətəndən, torpaqdan, ümummilli məsələlərdən gedəndə heç bri güzəştdən söhbət gedə bilməz. Bu təxribatda günahı olan hər kəs hüquqi müstəvidə layiqli cəzasını alacaq və heç bir güzəştdən söhbət gedə bilməz. Beləliklə, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında söylədiyi fikirlər bir daha göstərdi ki, bu gün Azərbaycanda səfərbər olunmuş cəmiyyət var, həmrəylik hökm sürür, xalq-hakimiyyət birliyi monolitdir. Xalq öz Prezidentini birmənalı şəkildə dəstəkləyir və Azərbaycan Ordusu Ali Baş Komandanın qarşıya qoyduğu istənilən vəzifənin öhdəsindən gəlməyə hazırdır. (yap.org.az)




Baxış sayı: 2 451
Beynəlxalq Muğam Mərkəzində tanınmış yazıçı-dramaturqun yaradıcılıq gecəsi keçirilib Dünən, 21:00 Hakan Fidan: Türkiyə və ABŞ liderləri arasındakı dostluq NATO-ya kömək edə bilər Dünən, 18:30 Leyla Aliyeva attends opening of individual exhibition and tree-planting campaign in Gabala Dünən, 17:30 Prof.Fərrux Rüstəmov: ”Laçının elmlər doktorları və dövlət xadimləri” kitabı Laçın rayonunun elmi-siyasi elitasına ucaldılan mənəvi abidədir” Dünən, 15:00 BMT Azərbaycanla tərəfdaşlığın gücləndirilməsində maraqlıdır Dünən, 14:30 Azərbaycanın rəqəmsal inkişaf strategiyası ölkəni regional texnologiya mərkəzinə çevirəcək Dünən, 13:30 Dağıdıcı imperiya iddiaları müasir dünya üçün təhlükədir Dünən, 13:00 Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə bağlı komissiya fəaliyyətə başlayıb Dünən, 11:30 Bu gün regionumuzun davamlı sülhə nail olmaq üçün real imkanı var Dünən, 10:00 Kiyevə kütləvi hava zərbələri endirilib Dünən, 09:30 Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb Dünən, 08:00 Nəsib bəy Yusifbəylinin ölümü: tarixi-siyasi şərait və onun Azərbaycan dövlətçiliyinə təsiri 5-07-2026, 18:00 Ukrayna Prezidenti: Müharibəni başa çatdırmaq üçün real perspektiv var 5-07-2026, 11:00 Dövlət başçısı: "Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar" 5-07-2026, 10:30 Türk Akademiyası Monqolustanda qədim türk irsinin tədqiqini davam etdirir 5-07-2026, 08:30 Rəcəb Tayyib Ərdoğan: Münaqişələrin davamlı həlli region ölkələrinin iradəsi və dəstəyi ilə mümkündür 4-07-2026, 18:30 Birinci Türkoloji Qurultayın 100 illiyi və Əli bəy Hüseynzadənin irsi elmi seminarda müzakirə olunub 4-07-2026, 16:00 Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur 4-07-2026, 13:00 “Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər 3-07-2026, 21:00 Dutch portal highlights Azerbaijan-Armenia peace process 3-07-2026, 18:00 “Qərbi Azərbaycan irsinə dair tədqiqatları davam etdirmək hədəfimizdir” 3-07-2026, 17:00 Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət 3-07-2026, 16:30 Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib 3-07-2026, 13:30 Dənizçi şair Səxavət Ənvəroğlunun növbəti kitabı işıq üzü görüb 3-07-2026, 11:30 "Türk Dünyası Həftəsi"nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar 3-07-2026, 11:00 Azərbaycanın HHQ komandanı Türkiyədə rəsmi səfərdədir 3-07-2026, 11:00 Kiyevdə hava zərbəsindən ölənlərin sayı 30-a çatıb, dağıntıların təmizlənməsi davam edir 3-07-2026, 10:30 UNEP-in icraçı direktoru: Azərbaycanda ətraf mühitin qorunması naminə çalışan gənclərin enerjisi böyük ümid verir 3-07-2026, 10:30 Akademik Hüseyn Əhmədovun 100 illik yubileyinə həsr olunmuş toplantı keçirilib 3-07-2026, 10:00 Selçuk Bayraktar: Növbəti 30 ildə pilotsuz aparatlar hərbi təyyarələri əvəz edəcək 2-07-2026, 20:00
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031