FACT-INFO.AZ » SİYASƏT » Dövlət başçısının əsas tapşırığı budur ki, məmurlar davranışları ilə insanların hörmətini qazanmalı, təvazökar olmalıdırlar
25-08-2020, 08:40 | SİYASƏT
Dövlət başçısının əsas tapşırığı budur ki, məmurlar davranışları ilə insanların hörmətini qazanmalı, təvazökar olmalıdırlar

Müxtəlif görüş və tədbirlərdəki çıxışlarında dəfələrlə “mən xalqın xidmətçisiyəm” deyə bəyan edən cənab Prezident İlham Əliyev hər zaman xalqımızın maraqlarını əsas götürür, qəbul etdiyi bütün qərarlarda ilk növbədə xalqı düşünür.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputatın sözlərinə görə, Prezident eyni zamanda bütün məmurları da xalqa layiqli şəkildə xidmət etməyə çağırır, fəaliyyətində bu prinsipdən kənara çıxan məmurlar qarşı isə barışmaz olur: “Bildiyimiz kimi dövlət başçısı xalqa qarşı eyni yanaşmanı hər bir dövlət məmurdan da gözləyir. Bununla bağlı çıxışlarda “Hər bir məmur xalqının xidmətçisi olmalıdır” deyən dövlət başçısının əsas tapşırığı budur ki, məmurların həm özləri, həm də yaxın qohumları öz davranışları ilə insanların hörmətini qazanmalı, təvazökar olmalıdırlar”.

V.İskəndərov deyib ki, Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul ed ərkən bir daha həmin məqama toxunub: “Cənab Prezident yeni təyin olunan İcra Hakimiyyəti başçılarına verdiyi tapşırıq və tövsiyələr zamanı bir daha məmurlar üçün vacib olan məqamları xatırladaraq “Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm” deyə bəyan etdi”.

Deputat bildirib ki, dövlət başçısının da bəyan etdiyi kimi, ancaq əfsuslar olsun ki, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar: “Cənab Prezident çıxışında bu cür məmurların cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozduqlarını da bildirdi. Cənab Prezidentin bəyan etdiyi kimi özünü xalqdan yuxarıda hiss edən, təkəbbürlə yanaşan bu cür insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. Çıxışında rəhbərin təvazökarlığının rəhbərin yaraşığı olduğunu deyən cənab Prezidentin “İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq. Ona görə, siz məişətdə də, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız” sözləri də növbəti ciddi xəbərdarlıq idi. Hesab edirəm ki, hər bir dövlət məmuru bu xəbərdarlıqdan nəticə çıxarmalı, işini qoyulan tələblər səviyyəsində qurmalıdır”.

V.İskəndərov deyib ki, bu görüşPrezidentin digər bir vacib çağırışı ilə də yadda qaldı: “Çıxışında kadr siyasətində də düzgün addımların atılmasının vacibliyinə toxunan dövlət başçısı dedi ki, bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasətinin məhz bu prinsiplər əsasında qurulmalı olduğunu deyən cənab Prezident icra başçılarının da işininin əsas prinsiplərinin məhz Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük olmalı olduğunu bəyan etdi”.




Baxış sayı: 1 299
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30