Polşanın TVP telekanalının “Dadlı səyahət” (Podróże ze smakiem) verilişinin bir buraxılışı Azərbaycan mədəniyyətinə və mətbəxinə həsr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli bununla bağlı telekanalın çəkiliş dəvətini məmnuniyyətlə qəbul edib. Sentyabr ayından etibarən dekabra qədər 12 ölkənin mədəniyyət və mətbəxindən bəhs edəcək verilişlər təqdim olunacaqdır ki, bu ölkələrdən də biri Azərbaycandır.
Çəkiliş zamanı Fərid Cəfərli Azərbaycan mədəniyyəti, incəsənəti və mətbəxi barədə ətraflı məlumat verib, Aytən Sabili milli mətbəx nümunələrimizi nümayiş etdirib, Baba Abbasov (tar), prezident təqaüdçüsü Yasin Həsənov (xanəndə) və Nicat Həsənli (rəqqas) muğam, bəstəkar mahnıları və milli rəqsləri ifa ediblər.
Verilişin sonunda Baba Abbasov tarda Polşanın dövlət himnini ifa etməklə, soydaşlarımızın TVP-yə təşəkkürünü musiqili şəkildə ifadə edib.
Baxış sayı: 1 972
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

