“Qarabağ Azərbaycanındır”, “Azərbaycana ədalət”, “Ermənistan, Azərbaycana qarşı təcavüzü dayandır”, “Ermənistan, Qarabağın işğalını dayandır”, “Ermənistan Qarabağdan çıx”.
Bu şüarlar Fransanın Ren (RENNES) şəhərinin mərkəzində respublika meydanında keçirilən “Qarabağa azadlıq” aksiyasında səsləndirilib.
Aksiya iştirakçıları cari ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata etirazlarını səsələndiriblər.
Aksiyadan əvvəl Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, bu işğal nəticəsində bir milyon azərbaycanlının doğma yurdundan didərgin düşməsi, qaçqın və məcburi köçkün vəziyyətində yaşamasını əks etdirən məlumatlar şəhərin mərkəzi küçələrində ictimaiyyətin sıx olduğu məkanlara yapışdırılıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar haqqında məlumat verilib.
Aksiya zamanı da yuxarıda söylənilən məlumatlar ucadan səsləndirilib. Aksiyanın məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğalı, erməni silahlı qüvvələrinin törətdiyi Xocalı faciəsi ilə bağlı şəhər sakinlərini məlumatlanıdrmaq olub.
Aksiya iştirakçıları mülki əhaliyə qarşı yönəlmiş bütün zorakılıq aktlarını pisləyərək, beynəlxalq ictimaiyyəti təcavüzkarların cəzalandırılması istiqamətində daha fəal olmağa çağırıblar.
Baxış sayı: 1 954
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

