FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???
22-08-2020, 21:45 | MƏDƏNİYYƏT
Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

“Ecoprint” nəşriyyatında istedadlı şair Səxavət Ənvəroğlunun “GEDİRƏM...” adlı sayca 5-ci şeirlər kitabı işıq üzü görüb. Kitaba şairin lirik və bəşəri mövzuda yazdığı şeirlər daxil edilib.

Azərbaycan Jurnalistlər birliyinin üzvü Səxavət Ənvəroğlu (Seyidməmmədov) 1964-cü il mart ayının 5-də vətənimizin dilbər güşələrindən olan Quba rayonunun Qımıl kəndində anadan olub. 1981-ci ildə orta məktəbi, 1984-cü ildə Azərbaycan Dənizçilik Akademiyasının (keçmiş Qafur Məmmədov adına Bakı Dəniz yolları məktəbi) Gəmi güc qurğularının istismarı şöbəsini mexanika ixtisası üzrə bitirib.

Gənc yaşlarından bədii yaradıcılıqla da məşğul olan S.Ənvəroğlu, peşəsi ilə əlaqədar olaraq ömrünün 40 ilə yaxın dövrünü qürbətdə, dünya sularında üzməklə keçirib. Buna baxmayaraq, Vətən, yurd sevgisi onun poeziyasının qayəsini təşkil edib. Çünki, o, hara üz tutubsa qəlbində Azərbaycanı aparıb və dalğalar sahilə can atan kimi o da həmişə geriyə - Vətənə can atıb, ürəyi Vətən eşqi ilə alışıb – yanıb. Bu hisslər onun bütün vətənpərvərlik şeirlərindən açıq-aydın duyulur. Ata-anaya məhəbbət, dosta sədaqət, böyüklərə ehtiram da şairin yaradıcığında geniş yer tutur. Sevgidə etibarı əsas tutan müəllifin təlatümlü, qasırğalı dəniz, dənizçilik həyatı ilə bağlı şeirlərində isə amansız fırtınalarda yaşadığı duyğular canlandırılır.

“Gedirəm...”, şairin “Ürək məndən inciyibdir” (2006), “Sən olacaqsan” (2014), “Dünyanın işindən baş açmaq olmur” (2017) və “Sətir-sətir oxu məni” (2018) kitablarından sonra oxucularla beşinci görüşüdür. Müxtəlif illərdə yazılan və oxucunu düşünməyə vadar edən topludakı şeirlər, müəllifin poetik dünyasının ən son nümunələridir.

Kitabın redaktoru Bakı Dövlət Universitetinin dosenti, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü Anar Məmmədovdur.




Baxış sayı: 1 876
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30