FACT-INFO.AZ » SİYASƏT » Xaricdəki azərbaycanlı ziyalılar: Həmişə dövlətimizin, ordumuzun, əsgərimizin yanındayıq
21-08-2020, 17:55 | SİYASƏT
Xaricdəki azərbaycanlı ziyalılar: Həmişə dövlətimizin, ordumuzun, əsgərimizin yanındayıq

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu gün dünyanın ən nüfuzlu elm ocaqlarında, təhsil mərkəzlərində, böyük şirkətlərdə azərbaycanlı alimlər, mütəxəssislər çalışır, yaşadıqları ölkələrin elminə və mədəniyyətinə xidmət göstərir, eyni zamanda, Azərbaycan həqiqətlərinin təbliğatını aparır, ümummilli məsələlərdə birlik və həmrəylik nümayiş etdirirlər.

Xaricdə yaşayan minlərlə azərbaycanlı ruhu və qəlbi ilə sizin yanınızdadır

Azərbaycanın Xalq rəssamı, hazırda Almaniyada yaşayan Əşrəf Heybətov deyir ki, Ermənistanın Tovuza hücumu, qəhrəmanlarımızın şəhid olması azərbaycanlıların əksəriyyətinin milli şüurunu oyandırdı, minlərlə insan küçələrə axışıb təcavüzkar düşmənin cavabını verməyi tələb etdi. “Mən soydaşlarımıza demək istəyirəm ki, xaricdə yaşayan minlərlə azərbaycanlı da ruhu və qəlbi ilə sizin yanınızdadır. Əgər müharibə başlasa, əminəm ki, Vətənimizdən uzaqda yaşayan bir çoxumuz gəlib torpaqlarımız uğrunda vuruşacağıq. Ermənistanın iyul təxribatından sonra Azərbaycanda və xaricdə soydaşlarımızın göstərdiyi birlik, həmrəylik, mütəşəkkillik bir daha sübut etdi ki, xalqımız Qarabağı azad etmək əzmindədir.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, xalq və ordu birləşərək Qarabağ torpaqlarının azad edilməsi və işğalçılardan təmizlənməsini səbirsizliklə gözləyir. Zor və qanla işğal edilmiş torpaqlarımızı təəssüf ki, elə güc və qanla da geri qaytara bilərik. Əgər sabah müharibə başlasa, xalqımız qan axıdılacağını, qurbanlar verəcəyini bilir, amma biz qalib gələcəyik!”, - deyə Xalq rəssamı qeyd edib.

Azərbaycan diasporu Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çox böyük rol oynayır

Ukraynada texnika elmləri doktoru, Xarkov Milli Radioelektronika Universitetinin prorektoru, professor Murad Ömərov: “2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndər Heydər Əliyevin tövsiyələrini əsas tutaraq Azərbaycan diasporu dünyanın müxtəlif ölkələrində daha yüksək səviyyədə təşkilatlanmağa başladı. 2002-ci ildə yaradılmış Diasporla İş üzrə Dövlət Komitəsi isə bu proseslərə böyük təkan verdi. Artıq 2020-ci ildə püxtələşmiş, təşkilatlanmış Azərbaycan diasporu tarixi Vətəndə gedən proseslərə, Dağlıq Qarabağ probleminə lazımi reaksiya verir və ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çox böyük rol oynayır. Tovuz döyüşləri zamanı biz bir daha soydaşlarımızın bu reaksiyasının şahidi olduq. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Amerika və Avropada Azərbaycan diaspor təşkilatlarının çoxsaylı etiraz mitinqləri dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etdi. Ukraynanın bir neçə böyük şəhərində, o cümlədən Xarkovda Azərbaycanın fəxri konsulluğunun qarşısında aksiya keçirildi. Çıxış edənlər Ermənistan hərbçilərinin Tovuz rayonu ərazisində törətdiyi təxribatı qəti şəkildə pisləyərək Azərbaycan həqiqətlərini Xarkov ictimaiyyətinə çatdırdılar.

Biz əminik ki, dövlətimizin apardığı müdrik siyasət nəticəsində doğma Qarabağımız tezliklə erməni işğalından azad olunacaq. Həmişə dövlətimizin, ordumuzun, əsgərimizin yanındayıq və hər cür dəstək verməyə hazırıq”.

Qarabağ məsələsi vicdanı olan hər bir azərbaycanlının dərdidir

Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq əlaqələr fakültəsinin dekanı, professor Toğrul İsmayıl hesab edir ki, Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumu bu ölkənin məkrli siyasətini bir daha ortaya qoydu. O deyib: “Belə təxribatçı hücum əslində Ermənistan tərəfinin bölgədə sülh, əməkdaşlıq və əmin-amanlıq yaratmaq əvəzinə vəziyyəti gərginləşdirmək, yeni müharibə məkanları yaratmaq, ən önəmlisi isə öz işğalçı niyyətlərindən əl çəkmədiyini ortaya qoydu. Tovuz rayonu Dağlıq Qarabağdan 100 kilometrlərlə uzaqda yerləşir və onunla birbaşa sərhədi yoxdur. Əgər beynəlxalq ictimaiyyətin fikrini Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə yönləndirməyə çalışırsa, açıq şəkildə demək lazımdır ki, çox uğursuz addımdır. Düşmənin niyyəti baş tutmadı, çünki Azərbaycan daha hazırlıqlı, daha mütəşəkkil orduya və digər imkanlara sahibdir. Diqqət edirsinizsə, Azərbaycan, sadəcə, bu nöqtədə gərginliyi azaltmağa çalışdı, yəni, bəhanə edib Dağlıq Qarabağ ərazisində geniş hücuma keçmədi. Bu da Azərbaycanın məsələnin sülh yolu ilə həllinə çalışmasının sübutudur.

Harada yaşamağımızdan asılı olmayaraq, beynəlxalq ictimaiyyətdən və ya beynəlxalq hüququn tərəfdarlarından Azərbaycan torpaqlarının azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün bərpasını tələb edirik. Əgər biz bölgədə sülh və sabitlik istəyiriksə, Qarabağ məsələsi həlli təcili olan vacib şərtlərdən biridir. Bu da təbii ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Qarabağ problemi ümummilli məsələdir, Qarabağ məsələsi Azərbaycan xalqının ortaq problemidir. Qarabağ məsələsində iqtidar-müxalifət yoxdur. Qarabağ məsələsində əslində Vətəndən uzaqda və ya yaxında yaşamaq məsələsi də yoxdur. Qarabağ məsələsi vicdanı olan hər bir azərbaycanlının dərdidir, problemidir və hamı münaqişənin tezliklə həll olunması üçün əlindən gələni əsirgəməməlidir. Son hadisələr də göstərdi ki, artıq Azərbaycan xalqı məsələnin həllini istəyir. Azərbaycanlılar istər Türkiyədə, istərsə də Rusiyada, Amerika və ya Avropanın müxtəlif ölkələrində dinc etiraz səslərini ucaltdılar. Təbii ki, ermənilərin təxribatçı əməlləri bu ölkələrdə də davam etdi. Amma bir daha təkrar edirik, məsələnin sülh yolu ilə həlli bizim tələbimizdir. Əks halda, inanırıq ki, Azərbaycan dövlətinin bu torpaqları hər vasitə ilə azad etməyə, düşməni o ərazilərdən təmizləməyə haqqı və imkanı vardır”.




Baxış sayı: 1 845
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30