FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Şəhid övladları "Əsgərə salam" layihəsində
21-08-2020, 07:35 | MƏDƏNİYYƏT
Şəhid övladları "Əsgərə salam" layihəsində

Onun məsum baxışlarında hələ atasızlıq kədəri yoxdur. Körpədi hələ... Böyüdükcə, yaşa dolduqca atasının kim olduğunu anlayacaq. “Sən şəhid oğlusan!” sözlərini qürurla dinləyəcək. Atasızlığını hiss edəndə bu müqəddəs ad ona təsəlli gətirəcək, həyat eşqi və mübarizə ruhu aşılayacaq. Bu gün isə o, şəhid atasının silahdaşları üçün, bütün cəmiyyət üçün bir əmanətdir. Şəhid əmanəti!”

Fact-info.az-ın məlumatına görə, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Müdafiə Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik sosial layihəsinə daha bir şəhid övladı qoşulub. Bu, iyulun 12-də Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat zamanı qəhrəmancasına şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət edən baş əsgər Elşad Dönməz oğlu Məmmədovun oğlu Məhəmməddir. Şəhidin döyüşçü dostları onun əmanəti olan övladı və valideynləri ilə birlikdə fotoobyektiv qarşısında dayanıblar. Bu ordumuzun gücünün və xalqla birliyinin təcəssümü, müqəddəs amal uğrunda həyatını qurban verən şəhidlərimizin ruhuna ehtiramın və şəhid ailələrinə qayğının bariz ifadəsidir.

Azərbaycan Ordusunun rəşadətli hərbi qulluqçularının şəhid ailəsi ilə görüşündə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul nümayəndələri də iştirak ediblər. Onlar uzun müddətdir davam edən hərbi-vətənpərvərlik aksiyasına qoşulduqlarına görə şəhid Elşad Məmmədovun ailəsinə və döyüşçü dostlarına minnətdarlıq bildiriblər.

Tovuz istiqamətindəki döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin övladları da "Əsgərə salam" layihəsində iştirak edirlər. Onların hərbi salamlama vəziyyətində çəkdirdikləri fotoşəkillər sosial şəbəkələrdə paylaşılıb.

Xatırladaq ki, bu ilin əvvəlindən etibarən gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik layihəsi cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana etimadını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirir. Layihədə iştirak edənlər, kollektiv və ya fərdi şəkildə hərbi salamlama vəziyyətində şəkil çəkdirərək öz sosial şəbəkə hesablarında #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşırlar. Layihəyə qoşulanların sayı artıq yüz mini ötüb. Layihə çərçivəsində, həmçinin, “Əsgərə salam” adlı fləşmob, futzal turniri, inşa müsabiqəsi təşkil edilib. Layihədə iştirak etmək istəyənlər hərbi salamlama vəziyyətində şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam həştəqi ilə paylaşa bilərlər.




Baxış sayı: 1 883
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30