FACT-INFO.AZ » SİYASƏT » “Azərbaycan Rusiyanın Ermənistana silah təchizatı satmasından narahatdır”
17-08-2020, 08:55 | SİYASƏT
“Azərbaycan Rusiyanın Ermənistana silah təchizatı satmasından narahatdır”

“The EurAsian Times” nəşri Rusiyanın Ermənistana S-300 raketdən müdafiə sisteminin göndərməsi ilə bağlı Azərbaycanın narahatlığından yazıb.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, nəşrin avqustun 16-da yayılan nömrəsində dərc edilən “Azərbaycan Rusiyanın Ermənistana S-300 raketdən müdafiə sistemini satmasından narahatdır” adlı məqaləsində iyulun ikinci ongünlüyündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat barədə məlumat verilir. Qeyd edilir ki, bu hadisələrdən sonra Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlayan Azərbaycan Prezidenti İlham Əliyev Moskva tərəfindən atılan bu addımla əlaqədar narahatlığını ifadə edib.

Prezident İlham Əliyevin telefon vasitəsilə V.Putinlə əlaqə saxladığını qeyd edən nəşr, Azərbaycan dövlətinin başçısının Rusiyanın Ermənistana böyük miqdarda silah göndərməsinin Azərbaycan cəmiyyətində xüsusi narahatlıq doğurmasını və ciddi suallar yaratmasını çatdırdığını bildirir.

Vurğulanır ki, avqustun 13-də baş tutan telefon söhbətinin əsas məqsədi məhz bu suallara cavabın aydınlaşdırılması olub.

Bildirilir ki, Azərbaycan Prezidenti ölkə KİV-lərinin iyulun 17-dən avqustun 4-dək Rusiyadan Ermənistana təqribən 400 ton silah göndərməsi barədə xəbərlər yaydığını Rusiya Prezidentinin diqqətinə çatdırıb.

Qeyd edilir ki, İl-76 təyyarələri vasitəsilə göndərilən yüklər Rusiyanın cənubunda yerləşən Rostov-Don şəhərindən birbaşa Gürcüstan vasitəsilə deyil, çox fərqli marşrut üzrə daşınıb.

Məqalə müəllifi qeyd edir ki, Rusiyanın Ermənistana silah göndərməsində qeyri-adi heç nə yoxdur, çünki bu iki ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir və Rusiya Ermənistana həmişə silah göndərib. Lakin azərbaycanlıları narahat edən əsas məsələ çox qısa vaxt ərzində belə böyük miqdarda silahın göndərilməsidir.

Vurğulanır ki, Azərbaycan Prezidentinin V.Putinə zənginin əsas məqsədi onun diqqətini Ermənistanın hücumunun arxasında Ermənistan-Azərbaycan münaqişəsinə üçüncü ölkələri cəlb etmək niyyətinin dayanması barədə məlumatlandırmaq olub.

Məqalədə Rusiyanın “Avia.Pro” nəşrinə istinadla Ermənistana göndərilən silahlar arasında raketdən müdafiə sistemləri, radioelektron mübarizə vasitələri, yaxın, orta və uzaq məsafəli radarlar kimi müasir sursatın yer aldığı bildirilir.




Baxış sayı: 2 090
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30