FACT-INFO.AZ » XƏBƏR » Bölgədəki seysmoloji gərginlik “Metsamor” AES-i real fəlakət mənbəyinə çevirib
13-08-2020, 07:25 | XƏBƏR
Bölgədəki seysmoloji gərginlik “Metsamor” AES-i real fəlakət mənbəyinə çevirib

İstismar müddəti çoxdan başa çatan, artıq qəzalı vəziyyətdə olduğu üçün dəfələrlə işi dayandırılan Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının (AES) regiona yaratdığı böyük təhlükə yenidən gündəmə gəlib.

Avqustun 12-də Türkiyə vaxtı ilə saat 2.29-da İqdırda baş verən Rixter cədvəli üzrə 4.4 bal gücündə zəlzələ qardaş Türkiyədə böyük təşviş yaradıb. Əhalini təşvişə salan bu yeraltı təkan haqlı olaraq belə bir sual yaradıb: “Bölgədə daha güclü zəlzələ baş versə “Metsamor” AES” region ölkələrinə nə vəd edir?” Nüfuzlu “Yeşil İqdır” qəzetinin baş redaktoru, tanınmış türkiyəli publisisti Cabbar Şıktaşın açıqlaması “Zəlzələdən yox, “Metsamor”dan qorxun!” sərlövhəsi ilə yayılıb. Baş redaktorun məsələ ilə bağlı fikir və mülahizələri həyəcan təbilidir. Müəllif yazır ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin olmaması bu problemin unudulmasına səbəb olmamalıdır. Burada böyük bir məsuliyyət var. Beynəlxalq hüquq və dünyada ekoloji təhlükəsizliyin qorunması şərtləri “Metsamor”un fəaliyyətinin dərhal dayandırılmasını tələb edir.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, avqustun 12-də İqdırda baş vermiş zəlzələ ətraf bölgələrdə də hiss olunub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi faktı təsdiqləyib. Bildirilir ki, ocağı 2 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda 3 bala qədər hiss olunub. Bu zəlzələ “Metsamor”un yerləşdiyi ərazidə daha çox hiss olunub.

Təəssüf ki, Ermənistan hökuməti regiondakı qonşuları ilə daha şəffaf olmaq üçün siyasi niyyət və iradəsini nümayiş etdirmək, həmçinin AES-in təhlükəsizliyinə dair narahatlıqlarla bağlı daha açıq mövqe tutmaq əvəzinə bu məsələ ilə bağlı olduqca məsuliyyətsiz bir davranış sərgiləyir. Belə təəssürat yaranır ki, “Metsamor” Ermənistan hakimiyyətinin əlində şantaj vasitəsidir.

Azərbaycan tərəfi dəfələrlə “Metsamor” AES-in qlobal təhlükə mənbəyi olması barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik qarşısında (AEBA), eləcə də bəşəriyyətin nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq konfranslarda və Zirvə toplantılarında məsələ qaldırıb. Mütəxəssislər hesab edirlər ki, “Metsamor” məhz istismar müddəti bitdiyi və eləcə də olduqca köhnə avadanlıqlarla fəaliyyət göstərdiyi üçün atmosferi normadan dəfələrlə artıq çirkləndirir. Qonşu ölkələr radiasiyadan böyük zərər çəkir. Bundan başqa, Ermənistan tərəfi “Metsamor”un nüvə tullantılarını Azərbaycanın işğal olunmuş ərazilərində basdırır.

Türkiyə Böyük Millət Məclisinin deputatları ötən il “Metsamor” AES-nin qonşu ölkələrə mənfi təsirinin araşdırılması ilə bağlı məsələ qaldırıblar. Bu problemin həlli məqsədilə konkret addımların atılması tələb olunub. Deputatlar “Metsamor” AES-in Çernobıl qədər təhlükəli olmasını qeyd ediblər.

Qeyd edək ki, “Metsamor” AES 1976-cı ildə istismara buraxılıb və Türkiyənin Ermənistanla şərq sərhədindən 16 kilometr aralıda yerləşir. Son aylar Anadolunın mərkəzi seysmoloji xəttində gərginliyin artması “Metsamor”u real fəlakət mənbəyinə çevirib.




Baxış sayı: 1 941
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30