FACT-INFO.AZ » SİYASƏT » “Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yoluna başlamalıdır”
28-01-2020, 12:20 | SİYASƏT
“Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yoluna başlamalıdır”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk günü qurumun prezidentinin və vitse-prezidentlərinin seçilməsi ilə başlayıb. Sessiyada ənənəvi olaraq Büro və Daimi Komitənin payız sessiyasından sonra görülmüş işlərə dair hesabat məruzəsi, eləcə də müşahidə missiyasının Belarusdakı növbədənkənar parlament seçkiləri ilə bağlı hesabatı dinlənilib.

AZƏRTAC xəbər verir ki, hesabat məruzələri dinlənildikdən sonra müzakirələr başlayıb. Azərbaycan tərəfi müzakirələrə qoşularaq bir sıra prinsipial məsələləri qeyd ediblər. Bildirilib ki, artıq 70 yaşlı nüfuzlu beynəlxalq təşkilat kimi Avropa Şurası tamamilə yeni mərhələyə qədəm qoyub. Bu mərhələnin nə qədər davam edəcəyi naməlumdur. Bir sıra ənənəvi qüsurlardan xilas olmaq hazırda qurumun başlıca vəzifəsidir. Əgər Avropa Şurası uğurlu, qitənin və dünyanın demokratik inkişafına yardım edəcək bir qurum olaraq yaşamaqda davam etmək istəyirsə, bir çox iş üsullarını və idarəçilik prinsiplərini əsaslı şəkildə dəyişməlidir. Bir çox zərərli vərdişlərdən, özünü işləyən kimi göstərməkdən, ikili, üçlü standartlardan, ölkələrə bəzi xüsusiyyətlərinə görə fərqli yanaşmalardan əl çəkilsə, təşkilat yaşamaqda və inkişafda davam edəcək. Bir üzv dövlətin digər üzv dövlətə qarşı işğalına göz yumulmasa, ona dərhal qiymət verilsə, könüllü olaraq təşkilat bəzi güclərə tabe edilməsə, ən sərt həqiqətləri demokratiya, ədalət, obyektivlik naminə dilə gətirməkdən çəkinməsə yaşayacaq və tərəqqi edəcək.

Qeyd edilib ki, qəbul edilən qətnamələrin, sadəcə, kağız üzərində qalması ilə kifayətlənilməsə, hər yeni sessiyanın əvvəlindəki inkişaf hesabatında üstünlük özünütənqidə verilsə, arxada qalan bir neçə ayda inkişafa mane olan addımlar göstərilsə, sözlə əməl ziddiyyət təşkil etməsə, təşkilat yaşayacaq və irəliləyəcəyik. Vurğulanıb ki, Avropa Şurasının vahid ailə olması əməllərlə sübuta yetirilsə, assambleyadakı qərəzli, pis niyyətlə təşkil edilmiş məruzə və sənədlərə, məqsədli şəkildə yönləndirilən fitnəkar çıxışlara son qoyulsa, bütün ölkələrə eyni meyarlarla yanaşılsa, bəzi ölkələrə qarşı işləyən natəmiz məqsədli qruplaşmalar aradan götürülsə, təşkilat keçmişdəkindən də güclü olacaq. Bu prinsiplər hamıya münasibətdə eyni şəkildə tətbiq edilərsə, hər bir üzv dövlət özü qüsurlarından qurtulmağa, Avropa Şurası ailəsinə layiq olmağa səy göstərəcək.

Söhbət tamamilə başqa ölkədən getdiyi halda Ermənistan deputatı yenə ölkəmizə qarşı təxribata başlayıb və yersiz çıxış edib. Erməni deputatın bu çıxışı da cavabsız qalmayıb. Onun diqqətinə çatdırılıb ki, başqa ölkənin ərazilərini işğal etmiş, Xocalı soyqırımını törətmiş, qadınları və uşaqları amansızcasına qətlə yetirmiş ölkənin nümayəndəsinin bu cür danışmağa haqqı yoxdur. Eyni zamanda, təşkilatın 8 nümayəndə heyətinin səlahiyyətlərinin tanınmamasının onun böhranda olmasının bariz nümunəsi olduğu qeyd edilib. Vurğulanıb ki, bu böhranın əsas səbəblərindən biri məhz üzv dövlətlər arasında qarşılıqlı hörmət və anlaşmanın olmamasıdır. Ümumiyyətlə, parlamentarilərin hər bir ölkəyə hörmətlə yanaşmasının vacibliyi vurğulanıb. Qərəzli mövqelər tənqid olunub. Tənqidin qəbul edilən, təhqirin isə qəbuledilməz olduğu bir daha diqqətə çatdırılıb. Qurumun böhrana düşməsinin əsas səbəblərindən birinin bəzi deputatların təhqiramiz çıxışlarının nəticəsi olduğu söylənilib.

Azərbaycan tərəfi AŞPA-nın yeni seçilən prezidentini təbrik edərək, ona təşkilatın gələcəyi naminə fəaliyyətində uğurlar diləyib. Eyni zamanda Türkiyəyə və dəhşətli zəlzələdə həyatını itirənlərin ailə üzvlərinə başsağlığı verərək yaralıların tezliklə sağalmasını arzulayıb.

Yanvarın 28-də AŞPA-nın qış sessiyasında Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlər seçiləcək, Polşada demokratik institutların funksiyasına dair hesabat dinləniləcək və müzakirə olunacaq. Sessiyada Gürcüstanın Prezidenti Salome Zurabişvili çıxış edəcək. Günün sonunda “Avropada media azadlığı və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” hesabatı dinləniləcək.




Baxış sayı: 851
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031