Daşkənd İqtisadiyyat və Texnologiyalar Universiteti və Turan Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Türkdilli xalqların tarixi, təhsili, mədəniyyəti, dilləri və ictimai-iqtisadi həmkarlıq perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Fact-info.az xəbər verir ki, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, ABŞ və s. ölkələrdən alimlərin iştirak etdiyi konfransda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də təmsil olunub.
Konfransda çıxış edən Daşkənd İqtisadiyyat və Texnologiyalar Universitetinin rektoru dosent Şavkat Mavlamov son illərdə Türk dünyasında həyata keçirilən yaxınlaşma, inteqrasiya məsələlərindən söz açıb, bu qəbildən olan konfransların təşkilinin prosesə müsbət təsir göstərdiyini vurğulayıb.
Turan Elmlər Akademiyasının prezidenti professor Haydarbek Bababekov tarixən eyni kökə, dilə, adət-ənənəyə, mədəniyyətə malik olan qardaş xalqların inkişafı yolunda Türk dünyasının inteqrasiyasının vacibliyini qeyd edib.
Dosent Sabir Tağıyev, professor Bəxtiyar Kərimov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə və digər çıxışçılar Türk dünyasının qədim tarixi izlərindən bəhs edib, Azərbaycanda olan qədim türk izləri, türk abidələri haqqında məlumat veriblər.
Baxış sayı: 115
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
