FACT-INFO.AZ » XƏBƏR » Azərbaycanın dahi şair və mütəfəkkirinin yubileyi Vyanada qeyd edilib
28-11-2024, 11:00 | XƏBƏR
Azərbaycanın dahi şair və mütəfəkkirinin yubileyi Vyanada qeyd edilib

Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən şair və filosof Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində “Qəlbimdəki şair” (Der Poet in mir) adlı ədəbi-musiqili tədbir keçirilib.

Fact-info.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi Məhəmməd Füzulinin həyat və yaradıcılığı barədə danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən dahi şairin 530 illiyi Azərbaycanda və dünyanın müxtəlif ölkələrində geniş şəkildə qeyd edilir.

Diqqətə çatdırılıb ki, Azərbaycan dilində poeziyanın mükəmməl nümunələrini yaradan, dilimizi daha da zənginləşdirən M.Füzuli özündən sonra zəngin ədəbi-bədii irs qoymuş, sanballı ədəbi məktəb formalaşdırmış, bir çox tanınmış şairlər özlərini onun şagirdi hesab etmişdir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin müsəlman Şərqində ilk operanı bəstələyərkən məhz Füzuli yaradıcılığına müraciət etməsi və onun “Leyli və Məcnun“ poemasını əsas götürməsi də təsadüfi olmamışdır.

Sonra tanınmış musiqiçi Tural İsmayılovun rəhbəri olduğu “Anima Şirvani” ansamblı konsert proqramı ilə çıxış edib. Konsertdə Azərbaycan muğamı və xalq mahnıları klassik alman və ingilis barokko musiqisi ilə vəhdət şəklində təqdim olunub, həmçinin görkəmli şairin şeirləri bədii qiraətçi tərəfindən səsləndirilib.

Konsertdə Fikrət Əmirov, Ali Ufki, Qazi Giray Xan, Dieqo Ortiz, Samuel Şaydt, Con Dauland, Mixael Pretorius kimi bəstəkarlarla yanaşı, Azərbaycan muğamları, xalq mahnıları və rəqsləri barokko dövrünə aid musiqi alətlərinin təqdimatında böyük maraq və alqışlarla qarşılanıb.




Baxış sayı: 120
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30 Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb 8-10-2026, 19:30 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib 8-10-2026, 18:30 Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia 8-10-2026, 16:30 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib 8-10-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031