FACT-INFO.AZ » XƏBƏR » Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir
26-11-2024, 10:30 | XƏBƏR
Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir

Yuxunun koqnitiv performansın gücləndirilməsində rolu uzun müddətdir məlum olsa da, onun neyron mexanizmləri tam olaraq öyrənilməmişdi. ABŞ-da yerləşən Rays Universiteti, Hyuston Sinir Sistemlərinin Bərpası Mərkəzi və Veil Kornel Tibb Kollecindən olan tədqiqatçıların yeni araşdırması bu sahədə əhəmiyyətli nəticələr təqdim edib.

Valentin Draqoy tərəfindən koordinasiya olunan və “Science” jurnalında nəşr olunan bu tədqiqat, sürətli olmayan göz hərəkəti (NREM) yuxusunun beyin sinxronizasiyasını araşdıraraq məlumat kodlamasını gücləndirdiyini üzə çıxarıb.

Araşdırma NREM yuxusunun beyin fəaliyyətinə necə təsir etdiyini göstərməklə yanaşı, gələcəkdə neyromodulyasiya terapiyalarının inkişafı üçün yeni perspektivlər təqdim edir. Makakalar üzərində aparılan təcrübələr yuxunun vizual tapşırıqlardakı dəqiqliyi artırdığını sübut edib. Yuxu mərhələsində beynin müxtəlif kortikal bölgələrində aşağı tezlikli delta dalğalarının və neyron sinxronizasiyasının artdığı müəyyən olunub. Bu sinxronizasiya isə neyronların daha müstəqil olmasına şərait yaradaraq məlumat işlənməsini və davranış performansını yaxşılaşdırır.

Araşdırmanın birinci müəllifi Nataşa Xaras bildirib ki, yuxu sonrası neyron fəaliyyəti əvvəlkindən daha sinxron hala gəlib. Bu, vizual tapşırıqlarda dəqiqliyin artmasına səbəb olub. Tədqiqatçılar, eyni zamanda, görmə korteksinə aşağı tezlikli elektrik stimullaşdırması tətbiq edərək NREM yuxusunun təsirlərini simulyasiya ediblər. 4 Hz tezliyində aparılan bu stimullaşdırma, yuxudan sonra müşahidə olunan desinxronizasiya effektini süni şəkildə təkrarlayaraq performansın artırılmasına nail olub.

Araşdırma rəhbəri Valentin Draqoy bildirib ki, bu tapıntılar yuxunun bəzi bərpaedici təsirlərinin, hətta yuxuya ehtiyac olmadan əldə edilə biləcəyini göstərir. O, xüsusilə yuxu pozğunluqları olan insanlar və ya kosmos tədqiqatı kimi ekstremal şəraitdə çalışanlar üçün bu texnologiyanın əhəmiyyətli ola biləcəyini vurğulayıb.

Tədqiqat çərçivəsində böyük neyron şəbəkə modelləri də hazırlanıb. Nəticələr göstərib ki, yuxu zamanı beyindəki əlaqələr zəifləsə də, bu zəifləmə asimmetrik şəkildə baş verir və nəticədə neyronların həyəcanlanma səviyyəsi artır. Bu kəşf, yuxunun idrak funksiyasındakı roluna dair mexaniki anlayışı dərinləşdirir.

Əldə olunan nəticələr sübut edir ki, beyin stimulyasiyası vasitəsilə yuxunun bəzi faydalarını süni şəkildə təqlid etmək mümkündür. Bu yolla idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir.




Baxış sayı: 245
Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Bu gün, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Bu gün, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Bu gün, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Bu gün, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında Dünən, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib Dünən, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir Dünən, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts Dünən, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb Dünən, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir Dünən, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib Dünən, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti Dünən, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb Dünən, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz Dünən, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30 Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir 19-11-2026, 19:30 “Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib 19-11-2026, 19:00 Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach 19-11-2026, 17:30 Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb 19-11-2026, 17:00 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib 19-11-2026, 14:30 Azərbaycanda aqrar subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir 19-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30