FACT-INFO.AZ » XƏBƏR » Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir
25-11-2024, 12:30 | XƏBƏR
Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir

1993-cü ilin aprelində Kəlbəcərin işğalı Azərbaycan üçün sarsıdıcı hadisə olmuşdu. Təbii istehkamlarla bol olan Kəlbəcəri qorumaq, düşmənin hücumlarının qarşısını almaq olardı. Ozamankı siyasi rəhbərlikdə olan hərc-mərclik, ordudakı özbaşınalıq füsunkar təbiəti olan bu məkanı itirməyimizə səbəb oldu. Bu işğal həmin vaxt hakimiyyətdə olan qüvvələrə böyük inamsızlıq yaratdı və iqtidarın nüfuzdan düşməsinə səbəb oldu. Qardaş Türkiyə məhz Kəlbəcərin işğalına görə Ermənistanla sərhədləri bağladı. Bu gün də o sərhədlər bağlı olaraq qalır. BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Kəlbəcərdən çıxarılmasına dair ayrıca qətnamə qəbul etdi. Qətnamədə ermənilərin Kəlbəcərdən və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Azərbaycan Ordusu 27 il sonra o qətnaməni özü icra etməli oldu. Qəhrəman oğullarımız Ali Baş Komandanın rəhbərliyi ilə bütün Qarabağ torpaqlarını erməni işğalından azad etdilər.

Fact-info.az xəbər verir ki,  bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Kəlbəcərin işğalı zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb: “Kəlbəcərin əhalisi respublikanın 56 rayonunda müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal dövründə rayon tamamilə talan edildi, milyardlarla manatlıq sərvət Ermənistana daşındı. Bu azmış kimi 1999-cu ildən başlayaraq, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq Ermənistan dövləti Kəlbəcərdə erməniləri məskunlaşdırmağa başladı. Qədim türk dilində “çay üstündə qala” anlamını verən Kəlbəcərdə 30 min ildən çox tarixi olan yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı zaman yaradılıb. Amma ermənilər işğal dövründə bütün tarixi, mədəni izlərimizi buradan silməyə çalışdılar. Otuz il ərzində Ermənistan münaqişənin həllinə dair aparılan danışıqlarda Kəlbəcəri Azərbaycana verməyəcəyini bəyan edirdi. Qarabağın dağlıq hissəsi, o cümlədən Laçın, Kəlbəcərə sahib çıxmaq istəyən ermənilərə ordumuz 44 günlük Vətən müharibəsində sarsılmaz zərbə vurdu. Ermənilər çıxarkən evlərə od vurmaqla, meşələrdəki qiymətli ağacları məhv etməklə öz barbar simalarını bir daha nümayiş etdirdilər.

Vətən müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi. Azərbaycan Ordusu erməni silahlı qüvvələrinin hərəkətlərini həmin istiqamətdə əhəmiyyətli dərəcədə məhdudlaşdıra bildi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Kəlbəcərin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş minlərlə hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu. Nəhayət, 25 noyabr Kəlbəcər Şəhəri Günü elan edildi”.

Kəlbəcər rayonunun Baş planından söz açan deputat deyib: “Kəlbəcər şəhərində, rayonun Zallar, Zar kəndlərinə ilkin məskunlaşma layihələri icra olunmaqdadır. 82 kilometrlik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və onun üzərində ümumi uzunluğu 25,9 kilometr olan 5 tunelin tikintisinin 67,5 faizi artıq tamamlanıb. Meydan çayının üzərində kiçik su elektrik stansiyası tam yenidən qurulub. Tərtər çayı üzərindəki “Çıraq-1” və “Soyuqbulaq”, Qaraarxac çayı üzərindəki “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları yenidən qurulub. Kəlbəcərdə görülən bütün işlər Müzəffər Ali Baş Komandan İlham Əliyevinin diqqətindədir. Dövlətimizin başçısı 2020-ci ildən sonra Kəlbəcərə səfərlər edib. Hər səfər zamanı Prezident yeni tikintilərin təməlini qoyur, yeni mərkəzlərin açılışını edir. Böyük turizm potensialı olan Kəlbəcərdə çoxlu sayda müalicəvi əhəmiyyətli mineral bulaqlar var. Qablaşdırılmış “İstisu” həm daxili, həm də xarici bazarda satışa çıxarılıb. Geniş yaşıl əraziləri, meşələri, hündür qarlı dağları olan Kəlbəcər Azərbaycanın ən potensiallı, zəngin təbii sərvətli rayonlarından biridir. Rayon maldarlıq, arıçılıq və turizm üçün əlverişlidir. Bu gün Azərbaycan vətəndaşlarının istirahət üçün arzuladığı məkanlar sırasında Kəlbəcər öncül yerlərdə dayanır”.




Baxış sayı: 175
Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Bu gün, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Bu gün, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Bu gün, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Bu gün, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında Dünən, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib Dünən, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir Dünən, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts Dünən, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb Dünən, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir Dünən, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib Dünən, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti Dünən, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb Dünən, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz Dünən, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30 Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir 19-11-2026, 19:30 “Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib 19-11-2026, 19:00 Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach 19-11-2026, 17:30 Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb 19-11-2026, 17:00 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib 19-11-2026, 14:30 Azərbaycanda aqrar subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir 19-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30