“YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün “Bir uşaq - bir gələcək” layihəsinə start verilib. Layihə çərçivəsində ölkə üzrə özəl məktəblərin 1-11-ci sinfində təhsil alan şəhid övladlarına ödənişsiz təhsil imkanları ilə bağlı tədbirlər həyata keçiriləcək. Bu çərçivədə müxtəlif şirkətlər və fiziki şəxslər tərəfindən ilkin mərhələdə 12 şəhid övladının təhsilinə dəstək göstərilib.
Belə ki, özəl müəssisələrdən biri hər il üçün 31 min 240 AZN ayrılmaqla beş şəhid övladının məktəbi bitirənə qədər olan təhsil haqqı, digər özəl müəssisə tərəfindən 32 min 180 AZN ayrılmaqla 5 şagirdin bir illik təhsil haqqı, başqa bir şirkət tərəfindən isə hər il üçün 6 min 360 AZN ayrılmaqla 1 şagirdin məktəbi bitirənə qədər olan təhsil haqqı qarşılanacaq.
“Qələbəni bizə yaşadanları birgə yaşadaq!
Şəhidlərimizin yadigarlarına dəstək üçün hər kəsi bu təşəbbüsə qoşulmağa dəvət edirik”, - deyə “YAŞAT” Fondunun ictimaiyyətə müraciətində bildirilib.
Baxış sayı: 30
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
