FACT-INFO.AZ » XƏBƏR » Davamlı inkişaf və gender bərabərliyi
17-12-2019, 09:35 | XƏBƏR
Davamlı inkişaf və gender bərabərliyi

İlk anlamda bu termin transmilli korporasiyalarin istehsal etdiyi ayrı-ayrı məhsulların bir-birinə qovuşması fenomenini ifadə etsə də, zaman keçdikcə həyatın bütün sferalarını ehtiva edən nəzəri modelləri işlənib hazırlanmışdır. Qloballaşan dünyada müstəsna əhəmiyyət kəsb edən və aktuallığı ilə seçilən konsepsiyalardan biri isə davamlı insan inkişafıdır. Yaradılışından inkişaf və təkamüldə olan insanın istər özünə, istərsə də təbiət və onun sərvətlərinə eyni mövqedən yanaşmaması təbiət-cəmiyyət, təbiət-insan münasibətlərində disbalans yaradılmasına gətirib çıxarmışdır.

Bu disbalansın aradan qaldırılmasında davamlı inkişaf cəmiyyətin dayanıqlı, fasiləsiz, sabit, uzunmüddətli inkşafını təmin edir. Təsadüfi deyil ki, davamlı insan inkişafı qlobal məqsədlərdən biri kimi BMT tərəfindən Minilliyin Bəyannaməsinə daxil edilmişdir. Bu inkişaf insanların firavan yaşayışı, sağlam olması, təhsil və bilikdən bəhrələnməsi, ayrı-seçkiliyin aradan götürülməsi, gələcək nəsillərin layiqli həyat sürmələrinin təmin edilməsində davamlılığı nəzərdə tutur. Bu konsepsiyaya görə, heç bir fərd öz milli, dini, irqi və cinsi nənsubiyyətinə görə ləyaqətli həyatdan məhrum edilə bilməz. Dünya təcrübəsində insan inkişafının əsas göstəriciləri təhsil, səhiyyə, iqtisadi, gender və ətraf mühit indikatorları ilə qiymətləndirilir. Gender indikatoru dini mənsubiyyəti, milliyyəti, siyasi əqidəsi və coğrafi mövqeyindən asılı olmayaraq, kişi və qadınlar arasında fərqə yol verməmək, bütün məhdudiyyətlərin aradan qaldırılmasına əsaslanır. Mahiyyətcə qadın və kişilər arasındakı sosial bərabərlik, hər ikisinə eyni imkanların verilməsi və bunlardan istifadə gender bərabərliyi siyasətidir. Müxtəlif ölkələrdə gender bərabərliyi həmin ölkənin sosial- iqtisadi və mədəni şəraitindən, durumundan asılıdır. Müasir dövrün elmi-texniki tərəqqisi, pedaqoji innovasiya və texnoloji nailiyyətlər qadın və kişilərin fiziki imkanları arasında mövcud olan fərqlərin aradan götürülməsi yaxud azaldılması üçün zəmin yaratmışdır. Yüksək tolerantlıq və demokratiyanın dəstəkləndiyi müstəqil Azərbaycanda gender bərabərliyi dövlətin davamlı insan inkişafı siyasətinin prioritet istiqamətlərindəndir.

Bu gün gender bərabərliyi cəmiyyətdə daha çox qadınların hüquqlarının müdafiəsi və qorunması kimi başa düşülür. Qadın hüquqları ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinin davamlı insan inkişafı ilə əlaqədar olan beynəlxalq sənədlərə uyğunlaşdırılması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi buna əyani sübutdur.

Bərabərliyin birinci şərti “Gender bərabərliyinin təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapan qadın-kişi münasibətləridir. Cəmiyyət müstəvisində bu münasibətlər daha çox qadınların hüquqlarının müdafiəsi və qorunması kimi başa düşülür. Qadınlara qarşı adi etik normaların gözlənilməsi, xüsusi hörmət əksər hallarda qadın hüququ kimi dərk edilir. Əslində isə bu, hüquq deyil, normal davranış qaydasıdır.

Azərbaycan ailəsində qadına münasibət həmişə yüksək olub. Müqəddəs “Qurani-Kərim”dən süzülüb gələn gender bərabərliyi qadın-ana, qadın-həyat yoldaşı, qadın-ailənin dayağı, qadın-sevgili münasibətlərini təcəssüm etdirən ən ali əxlaq kodeksidir.

İslam dininin təmsil olunduğu Azərbaycan Respublikasında bu gün qadın siyasəti ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan proqramların fəaliyyəti ilə gerçəkləşir. Azərbaycanın 1995-ci ildə BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması” haqqında Konvensiyaya qoşulması fəaliyyət proqramının ilk uğurlu sənədidir. Dünyada ilk dəfə olaraq gender sahəsində böyük əməli təcrübə toplamış, ixtisaslaşmış “İnsan İnkişafı və Davamlı gəlir əldə edilməsinə kömək” İctimai Birliyi qadınlar tərəfindən yaradılaraq məhz bizim ölkəmizdə təşəkkül tapmış və formalaşmışdır. Həmin İctimai Birliyin yaradılması və geniş diapazonlu fəaliyyəti Davamlı İnsan İnkişafının institutlaşmasına və gender problemlərinin həllinə yönəldilmiş çox mühüm fəaliyyət kimi qiymətləndirilməlidir. Gender problemləri ilə çoxlu sayda qeyri-hökumət təşkilatları da məşğul olur.

Milli Məclisdə “Gender bərabərliyi” haqqında Qanunun qəbulu, 2006-cı ildə prezident İlham Əliyevin fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da ulu öndərin siyasətinin davamı olaraq həyata keçirilməsinin təcəssümüdür. Qadınlar tərəfindən yaradılan “İnsan inkişafı və Davamlı Gəlir əldə edilməsinə kömək” İctimai birliyinin fəaliyyəti də insan inkişafına yönəlmişdir.

Bu gün Azərbaycan qadını ictimai həyatın bütün sferalarında – siyasi, sosial-iqtisadi, elmi, səhiyyə, mədəniyyət, incəsənət, təhsil və s. sahələrdə çalışır, Azərbaycanı dünya və ümumavropa məkanında təmsil edir. Dövlət Statistika komitəsinin məlumatına görə, hazırda ölkəmizdə əhalinin 51%-ni qadınlar təşkil edir. Orta yaş həddi 75.1 ildir ki, bu da kişilərin orta yaş həddindən 5.4 il artıqdır. Bu gün qadınlarımızın 49.5%-i əmək fəaliyyəti ilə məşğuldur. Ümumtəhsil məktəblərində müəllimlərin 71%-i, texnikumlarda 73%-i, ali məktəblərdə 47%-i, həkimlərin isə 61%-i qadınlardır. 15 yaşından yuxarı hər 1000 qadından 745-i ali və tam orta təhsilə malikdir. Ali məktəb tələbələrinin 50, aspirant və doktorantların 28%-i qadınlardır.

Ölkənin elmi elitasında da qadınların rolu yüksəkdir. Elm sahəsində çalışanların 50%-i, Milli Məclis deputatlarının 11.2%-i, dövlət qulluğunda çalışanların 39%-i, sahibkarların 15%-i qadınlardır. Bütün bunlar gender bərabərliyinin arzuolunan göstəriciləridir.

2008-ci ilin iyununda və aprel ayında Bakıda “Mədəniyyətlərarası dialoqda dünya qadınlarının rolu” mövzusunda beynəlxalq forumun keçirilməsi qadın siyasətinin gerçəkləşməsinə xidmət edir. Forumda mədəniyyətlərarası və sivilizasiyalararası dialoqda problemə qadınların gözü ilə baxmaq, qadın mövqeyini gücləndirmək, qadınlara qarşı diskriminasiya ənənələrinə, ədalətsizliyə son qoymaq və mübarizə aparmaq, müxtəlif ölkələrdə qadına fərqli münasibəti aradan götürmək və s. məsələlərin müzakirəsi məhz qadınların sülhün qorunmasında və dinc yaşamasında, irqi, dini və mədəni ayrı-seçkiliyə yol verilməməsində roluna həsr olunmuşdur. Bu gün ekoloji fəlakətlərin, qlobal iqlim dəyişikliklərinin, təbii sərvətlərin tükənməsi, enerji tükənməsi və şirin su qıtlığı, işsizliyin dünyanı bürüdüyü bir zamanda qadınlar daha çox fəallıq göstərməli və irəlidə getməlidirlər.

Təəssüflər olsun ki, Azərbaycan Respublikasının Konstitusiyasında və digər fərman və qanunlarda qadın və kişilərə bərabər hüquqlar verilməsinə baxmayaraq, gender bərabərsizliyi hələ də qalmaqdadır. Qadınların statusu təkcə nazir vəzifələrində, qanunverici orqanlarda, yüksək səviyyəli, hökumət vəzifələrində təmsil olunmaları ilə müəyyən edilmir. Qadın – hər şeydən əvvəl ana və həyat yoldaşı, zəriflik və gözəllik mücəssəməsi, ləyaqət və şərəf timsalıdır.

Bu gün dünyada, o cümlədən Azərbaycan məkanında qadın alverinin geniş yayılması, qadının hərraca çıxarılması, bütün millət və xalqlara örnək olan Azərbaycan ailəsinin təməlinin şou-məkanda “ər axtarışı” ilə qoyulması, ümumavropa məkanına inteqrasiyanın, sivilizasiyanın elm və təhsildə deyil, “əndrəbani” geyimdə, əcaib imicdə və sükan arxasında təzahürünü gender bərabərliyi kimi qəbul etmək olmaz. Bu ən azı gender anlayışına, Azərbaycan qadınının adına ləkədir. Bəzən dünya xalqlarının qəbul və tövsiyə etdiyi gender bərabərliyi bizim milli adət-ənənələrimizlə bir araya sığmır. Hər bir halda millilik, adət-ənənələr nəzərə alınmalıdır. Bu gün əksər ailələrdə hökm sürən matriarxal ab-hava kişinin nəinki ailədə övladı üzərində, cəmiyyətdə sosial vəziyyətinin və hüququnun itirilməsinə gətirib çıxarır. Unutmaq olmaz ki, Azərbaycan qadını mental dəyərlərinə görə başqa, islami-əxlaqi dəyərlərinə görə başqa, fəlsəfi-əxlaqi dəyərlərə görə başqa, Qərb təfəkkür tərzinə görə bir ayrı cürdür. Ailədə gender balansının – hüquqi, iqtisadi, sosial bərabərliyin pozulması şərtlərinə əməl olunmaması qadınların cəmiyyətdə özlərinə görə haqlı narazılıqlarına, kişilərin isə böyük iddialarına gətirib çıxarır ki, bu da onların hüquqlarını bilməmələri nəticəsində yaranır.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Rusiyanın İqtisadi Strategiyalar İnstitutunun direktoru Aleksandr Ageyevin qeyd etdiyi kimi, dünya qloballaşdıqca qadınların da rolu artır, bununla belə qadınların karyera qurmasında kişilərin yardımçı rolu daha da artırılmalı, tərəqqini daha da gücləndirmək üçün qadın amili mütləq nəzərə alınmalıdır. ABŞ-ın Mədəniyyətlər¬arası Dialoq Mərkəzinin direktoru Vendi Lids-Hurvits, Minillik layihələrinin Meksika Qovşağının rəhbəri Konsepsiyon Olavarieta da qadının cəmiyyətdə mövqeyini yüksək qiymətləndirmiş və mühüm irəliləyişlərə nail olmaq üçün qadınların böyük qüvvə və tərəfdaş olduğunu qeyd etmişlər.

Bu gün Azərbaycanın birinci xanımı, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın timsalında qadınlarımız dünya səviyyəsində öz sözünü deyir. Şərq və Qərb xüsusiyyətlərini özündə cəmləşdirən, milli dəyərlərimizin və mədəniyyətimizin təbliğatçısı, adət-ənənələrin və milli düşüncə tərzinin qoruyucusu, ümummilli problemlərimizin dünya məkanına çıxarılmasında əvəzsiz xidmətləri olan Mehriban xanım xeyirxah insan, siyasətçi, xeyriyyəçi olmaqla yanaşı, həm də gözəl qadın, yaxşı ana, sədaqətli həyat yoldaşı, qayğıkeş nənədir. Azərbaycanda gender bərabərliyi Mehriban xanımın və dövlətimizin diqqət və qayğısından yararlanan digər qadınların timsalında inkişafının ən yüksək mərhələsini yaşayır.

Tanrıdan sonra ikinci yaradan qadındır. Bu – yaradanın, eyni zamanda görkəmli siyasi və dövlət xadimləri Sara xatun, Şah İsmayılın qızı Məhinbanu, Şirvanşah Xəlilullahın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və Mehriban xanımın – adları tarixdə imzası olan Azərbaycan qadınının uğurudur.

Nazilə Abdullazadə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti




Baxış sayı: 1 392
Ağdam şəhərinin sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Bu gün, 12:30 Naxçıvanda “Rənglərdə yaşayan şəhərlər” rəsm müsabiqəsinə start verilib Bu gün, 12:30 Ekspert: Rusiya və Azərbaycan qarşılıqlı münasibətlərdə dostluq formatına qayıdıblar Bu gün, 10:30 Süni intellektlə təchiz edilmiş “Abrams” tanklarının ABŞ ordusuna daxil olacağı tarix açıqlanıb Bu gün, 10:00 Qərbi Azərbaycana həsr olunan dəyərli nəşr Bu gün, 09:00 Baş katib Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb Bu gün, 08:00 Naxçıvanda Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş oftalmoloji müayinələr aparılıb Dünən, 20:30 Azərbaycan-Aİ münasibətlərinin vəziyyəti nəzərdən keçirilib Dünən, 18:30 Dövlət büdcəsinin sosial xərcləri hər il artırılacaq Dünən, 18:00 Armands Krauze: Şuşa görüşü Latviya ilə Azərbaycan arasında gələcək əməkdaşlıq baxımından çox vacibdir Dünən, 18:00 Azerbaijan, Russia agrees on resolving issues regarding AZAL plane crash Dünən, 17:00 ABŞ Yaxın Şərqə 10 minə yaxın əlavə hərbçi göndərir Dünən, 16:00 Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür Dünən, 09:30 TÜRKSOY-da Türk dünyasının mədəniyyət paytaxtı Əndican şəhərinin təqdimatı olub Dünən, 09:30 Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü olub Dünən, 09:00 BMT Baş katibi: Yaxın Şərqdə atəşkəs rejimi qorunmalıdır Dünən, 08:00 Azərbaycanda nikah və boşanmaların sayı azalıb 14-04-2026, 18:30 Ukrayna və Almaniya 4 milyard avro dəyərində əməkdaşlıq paketini razılaşdırıb 14-04-2026, 18:00 Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb 14-04-2026, 17:30 Görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun doğum günüdür 14-04-2026, 14:00 DOST mərkəzlərində 200 mindən çox xidmət icra olunub 14-04-2026, 10:30 Laçında "Bəylik Bağları" yenidən bərpa olunur 14-04-2026, 10:00 Hakan Fidan: Türkiye is striving to contribute to ensuring peace between Azerbaijan and Armenia 14-04-2026, 08:00 Qazaxıstanlı şair-publisist Sayat Kamşıgerin “Qarabağ” kitabının təqdimatı keçirilib 14-04-2026, 07:30 BMT: Yaxın Şərqdəki münaqişənin hərbi həlli yoxdur 14-04-2026, 07:30 Tramp: İran nüvə proqramı üzrə güzəştə getməsə, heç bir razılaşma olmayacaq 13-04-2026, 19:30 Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi yekunlaşıb 13-04-2026, 19:00 Aygün Əliyeva Afrika QHT-lərini WUF13-də fəal iştiraka dəvət edib 13-04-2026, 18:00 Çin İrana silah tədarük etmək planlarını təkzib edib 13-04-2026, 15:30 Hakan Fidan: Türkiyə Azərbaycan ilə Ermənistan arasında sülhə töhfə verməyə çalışır 13-04-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930