FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Nəsimi dilinin fəlsəfəsi
21-09-2019, 11:15 | TƏDQİQATLAR-ANALITIKA
Nəsimi dilinin fəlsəfəsi

Qüdrətli söz ustası, mütəfəkkür şair, İmaməddin Nəsimi öz parlaq yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının, ədəbi dilinin zənginləşməsində misilsiz xidmətlər göstərib.

XIV əsrin sonu, XV əsrin əvvələrində yaşayıb-yaratmış görkəmli sənətkarın poeziyası ədəbiyyatımızın və ədəbi dilimizin inkişafında yeni bir mərhələ təşkil edib. Onun bənzərsiz şeirləri ana dilli Azərbaycan ədəbiyyatını vəzn, üslub və janr etibarı ilə yeni müstəviyə çıxarıb, ədəbi dil normalarının sabitləşməsində önəmli əhəmiyyət kəsb edib. Şairin dilimizi əruz vəzninin bəhrlərinə məharətlə uyğunlaşdıraraq qələmə aldığı qəzəl, qitə, tərcibənd, müstəzad, rübai və sair kimi poetik nümunələr ondan əvvəlki dövrlərin ədəbi məhsulu olan əsərlərdən ("Həsənoğlunun qəzəlləri, "Dastani-Əhməd Hərami" məsnəvisi, Qazi Bürhhanəddinin şeirləri və s.) həm dil, həm üslub, həm də məzmun cəhətdən xeyli fərqlənib. Nəsimi orta əsrlər Azərbaycan ədəbi dilinin əsasını qoyub, milli dil vahidləri ilə onun lüğət tərkibini daha da zənginləşdirib. Şair ana dilimizə məxsus fel, əvəzlik, köməkçi nitq hissələrindən, şəkiçilərdən sənətkarlıqla yararlanıb. Onun fədakar yaradıcılıq fəaliyyəti sayəsində ədəbi dilimizin normaları təkmilləşib, sadə struktura malik cümlələr geniş fəlsəfi tutumlu mürəkkəb sintaktik konstuksiyalarla əvəz olunub. Bütün bunlar öz növbəsində, gələcək əsrlərin söz-sənət sahibləri üçün də geniş yaradıcılıq imkanları açıb. Nəsimi yaradıcılığına xas olan yüksək məziyyətlər eyni zmanda, digər türkdilli xalqların da ədəbiyyatına ciddi təsir göstərib.

İmaməddin Nəsimi ərəb, fars və azərbaycanca divanlar müəllifidir. Onun Azərbaycan türkcəsi divanına daxil olan şeirləri, ümumən, orta əsrlər Şərq poeziyası üçün xarakterik qəliz ərəb və fars sözlərindən, izafət birləşmələrindən geniş istifadəsi ilə diqqəti çəkir. Bu səbəbdən də həmin şeirlərin əksəriyyəti çətin anlaşılıb, başa düşülüb. Sənətkarın sufi, hürufi və dini baxışları ilə əlaqədar yazdığı şeirlərdə bu vəziyyət daha qabarıq özünü göstərir. Onun sevgi, gözəllik və təbiət mövzusunda yaratdığı əsərlərin dili isə kifayət qədər sadə və anlaşıqlıdır. Həmin bədii nümunələrdə sadə xalq danışıq dilinə söykənmək hesabına ana dilimizin üsünlükləri qorunub saxlanılıb, fikir aydınlığı əks olunub. Nəsimi bəzi qəzəllərində canlı xalq danışıq dili elementlərindən, dialektlərdən, sadə söz və frazeoloji ifadələrdən elə bacarıqla istifa edib ki, onları müasir dövr ədəbi əsərlərindən fərqləndirmək heç də asan deyil:

Düşdü yenə dəli könül gözlərinin xəyalinə, Kim nə bilir, bu könlümün fikri nədir, xəyal nə?

və yaxud:

Gəl ey dilbər, hüsnün ayə düşmüş, Üzün görmüş günəş sevdaya düşmüş.

Yeri gəlmişkən, şairin əsərlərində geniş şəkildə işlədilmiş onomastik vahidlər, toponimlər, terminlər, muğam, milli geyim, məişət əşyaları, mərasim və sairlə əlaqədar sözlər xalqımızın tarixinin, coğrafiyasının, elm və mədəniyyətinin, musiqi sənətinin, etnoqrafiyasının öyrənilməsi baxımından əhəmiyyətli mənbə hesab olunur. Təbii ki, onların ətraflı tədqiq olunmasına, araşdırılmasına bu gün zəruri ehtiyac yaranıb.

Əlbəttə, Nəsiminin əsərlərinin dili qeyd edilən səbəblərə görə müasirləri tərəfindən asan başa düşülməyib. İndiki dövrün oxucuları da bu əsərlərə müraciət edərkən çətinliklərlə üzləşirlər. Lakin orta əsərlərdə Şərq ölkələrində ərəb və fars dillərinin hökmranlıq etdiyini, eləcə də divan ədəbiyyatının tələblərini nəzərə alsaq, türk dilində əsər yazmağın nə qədər çətin olduğunu aydın təsəvvür edə bilərik. Nəsimidən, təqribən, bir əsr sonra yaşamış poeziya nəhəngi Füzuli demişkən: "Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim, nərmi-nazik türk ləfzilə ikən düşvar olur". Heç şübhəsiz, belə bir şəraitdə türk dilində şeir qələmə almaq istəyən sənətkardan əsl qəhrəmanlıq tələb olunub. Nəsimi şeirlərinin çətin anlaşılmasının başqa bir səbəbi də misralardakı dil yükünün fikir yükü ilə üst-üstə düşməsindən irəli gəlib. Bu şeirlərdə milli ruh ilə sufizm düşüncəsi bir arxdan axan iki çeşmənin suyu kimi birləşib, qaynayıb-qarışıb. Bu fəlsəfəni anlamadan şeirlərdəki mənanı dərk etmək, əlbəttə, çox çətindir. Yəqin ki, zəmanında belə şeirləri yalnız dərin biliyə, sufizm görüşlərinə bələdçiliyi olan soydaşlarımız oxuyub, başa düşə biliblər. Əslində, Nəsimi əsərlərini özünün arzuladığı kamil insan üçün nəzərdə tutaraq, qələmə alıb. Şeirlərinin dilinin çətinliyini şairin özü belə etiraf edib:

Kimsə Nəsimi sözünü fəhm edə bilməz, Bu, quş dilidir, ani Süleyman bilür ancaq.

Qeyd olunan məşhur misraları müxtəlif dil mütəxəssisləri müxtəlif cür yozub, araşdırıblar. Bəzi dilçi alimlər onu "quş dili", fit dili ilə müqayisə ediblər. Görkəmli dilçi alim, professor Musa Adilov özünün "Niyə belə deyirik" kitabında "quş dili"ni bir qrup adamlar tərəfindən başa düşülən (Arqo kimi) müasir "qarğa dili" anlamında təqdim edib. Güman ki, Nəsimi bu ifadəni işlətməklə əsərlərini yalnız dildə quş kimi ötən (dili su kimi içən) bilikli şəxslər üçün nəzərdə tutduğunu diqqətə çatdırıb. Bundan əlavə, sözügedən ifadənin qədim hunların quş və yaxud quşan tayfasının adı ilə bağlı olmasını da ehtimal etmək olar. Həmin tayfanın çılğın, döyüşkən, məğrur insanlarının dilini asan başa düşüb, həzm etmək isə çox çətin olub. Maraqlıdır ki, "Kitabi-Dədə Qorqud" dastanında "quzğun dili" ifaəsi işlədilib. Bəlkə də, belə bir tayfaya mənsub olmaqdan qürur duyan Nəsimi şeirlərinin dilinin başa düşülməsini hünərdən hesab edib.

Şairin gəldiyi qənaət, yozum belədir ki, insanın düşüncəsi, ağlı, əqidəsi dildə təzahür edir. Dil eyni zamanda, bütün sözləri agah edir, sirləri açıb göstərir. Sirrin qapısı isə ağızdır. Ağızın sirri, "sirri-dəhan" sözdür. Ağızdan çıxan söz onun sahibinin kimliyini dərhal aşkar edir.

Yəhya PAŞAZADƏ




Baxış sayı: 1 433
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30