FACT-INFO.AZ » İQTİSADİYYAT » Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlər müzakirə olunub
19-06-2025, 10:00 | İQTİSADİYYAT
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlər müzakirə olunub

Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların reabilitasiyası ilə bağlı məsələlərin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə həlli məqsədilə yaradılmış komissiyanın növbəti iclası olub.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev tarixi Zəfərlə başa çatan Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı genişmiqyaslı sosial dəstək işlərinin aparıldığını vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  Fact-info.az-a verilən məlumata görə, aparılan işlərin mühüm bir istiqamətinin də müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasına yönəldiyi qeyd edilib.

Bildirilib ki, son illərdə yaradılmış müasir reabilitasiya infrastrukturu bu sahədə mühüm rol oynayır. Reabilitasiya mərkəzlərində effektiv fizioterapevtik müalicə üsullarından, müasir metodika və texnologiyalardan geniş istifadə edilməklə müharibə ilə əlaqədar əlilliyi olanlar keyfiyyətli bərpa müalicəsi xidmətləri ilə təmin edilirlər.

Bu sahədə aparılan ardıcıl işlər onların reabilitasiyasına, sağlamlıqlarına qovuşmalarına müsbət təsirini göstərir. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olanların reabilitasiya vasitələri, o cümlədən son nəsil yüksək texnologiyalı protezlə təminatı həyata keçirilir.

İclasda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin müalicə-reabilitasiya xidmətləri ilə təmin olunmasının nəticələri, onların sosial inteqrasiyası, sosial dəstəklə təminatı məqsədilə görülmüş işlərə dair təqdimat edilib və həmin işlərin nəticələri müzakirə olunub.

Qeyd edək ki, Komissiyanın tərkibinə müdafiə və səhiyyə nazirlərinin müavinləri, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri, tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri daxildir.




Baxış sayı: 105
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30