FACT-INFO.AZ » XƏBƏR » Türkiyənin media nümayəndələri Qarabağ və Şərqi Zəngəzurun biznes və investisiya mühiti ilə tanış olublar
21-06-2025, 19:00 | XƏBƏR
Türkiyənin media nümayəndələri Qarabağ və Şərqi Zəngəzurun biznes və investisiya mühiti ilə tanış olublar

Türkiyənin media nümayəndələri işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, o cümlədən Ağdam Sənaye Parkının fəaliyyəti ilə tanış olublar.

Fact-info.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Onlar sənaye parkında həyata keçirilən layihələr, investorlar üçün yaradılan imkanlar barədə məlumatlandırılıblar.

Bildirilib ki, regionunun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası və əhalinin məşğulluğunun təmin edilməsi üçün 2021-ci ilin 28 may tarixində dövlət başçısının Fərmanı ilə Ağdam Sənaye Parkı yaradılıb. Parkın prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının ərazisinin 70 %-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. Park rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikincidir. Sənaye parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli mühit yaradılıb. İş adamları dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar.

Sənaye Parkında hazırda investisiya portfeli 260 milyon manatdan çox olan 28sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən layihələrə 115 milyon manatdan çox investisiya yatırılıb, 653 nəfər daimi işlə təmin edilib. Hazırda sənaye parkında 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin isə tikintisi istiqamətində işlər aparılır.

Sənaye parkında istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə ixrac olunur.

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkının rezidentləri “Bafco İnvest”, “Mister Decor” və “Eel Electric” MMC-lərin istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar.

Türkiyəli media təmsilçiləri həmçinin, Ələt Azad İqtisadi Zonasında olublar. Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov rəhbərlik etdiyi qurumun fəaliyyəti, burada yaradılan biznes və investisiya imkanları haqqında jurnalistlərə məlumat verib. Qeyd olunub ki, əsas beynəlxalq ticarət marşrutlarının kəsişməsində yerləşən və müasir infrastruktura malik iqtisadi zona cəlbedici fiskal və qeyri-fiskal stimullar təqdim edir. Bu baxımdan, iqtisadi zona yüksək dəyərli və ixracyönümlü istehsal sahəsi üzrə investisiyalar üçün əlverişlidir.

Türkiyənin media nümayəndələri həmçinin, Sumqayıt Kimya Sənaye Parkın fəaliyyəti ilə tanış olub, ölkəmizin əlverişli biznes və investisiya potensialı haqqında geniş məlumat əldə ediblər.




Baxış sayı: 135
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30